REKLAM

NASA-nın gənc alimi İrlandiya gözəli seçildi - FOTOLAR


Amerika Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) işçisi,  alim  Fionnghuala O'Reilly İrlandiyanın  2019-cu il üçün  gözəli seçildi.

news
REKLAM

TurpKimi.com xəbər veriri ki,  28 nəfər arasında aparılan yarışmada alim 1-ci yeri tutub.  

İrlandiyanın paytaxtı Dublində yaşayan gənc alim  proqramçı və model olan 25 yaşlı  Fionnghuala O'Reilly tacını 2018-ci il üzrə  İrlandiya gözəli Grinne Gallanaghdan alıb. 

70 min Avro mükafat 

O'Reilly 70 min avro dəyərində mükafat alıb. O,  ölkəsini Miss Universe-də təmsil edəcək. Yarışmada birinciliyi əldə edən O'Reilly ölkəsində xeyriyyəçi şəxs kimi tanınır. 

Gələcək planlarından danışan O'Reilly "Elm sahəsində işləyən xanımların sayını artırmaq istəyirəm. Qadınların hər sahədə müvəffəqiyyətli olmasını istəyirəm" deyib. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM