REKLAM

Uzun görünmək istəyən qadınlar üçün 12 tövsiyə - Kompleksinizə son qoyacaqsınız


Qısaboylu  qadınların çoxunun ağlına "uzun görünmək üçün nə etməliyik?" kimi suallar tez-tez gəlir. 

news
REKLAM

TurpKimi.com boyu qısa olan xanımların bu kompleksini aradan qaldıran 12 maddədə ipucu təqdim edir: 
 
 Mini paltarlarla ayaqlarınızın uzun görsənməsini təmin edin

Dizinizin üstündə geyəcəyiniz paltarlarla ayaqlarınız daha uzun görünəcək.
 
Bol paltarlardan qaçın


Üzərinizdə bir neçə bədən bol olan geyimlər sizi olduğunuzdan daha kök göstərir. Boyunuzun uzun görünməsini istəyirsinizsə, bədəninizə tam oturan geyimlərə üstünlük verməlisiniz.
 
 Nazik kəmərlərlə paltarınıza rəng qatın


 Qısaboylu qadınların üst tərəflərində ən çox diqqət yetirməli olduğu yerlərdən biri də beldir. Uzun görünmək üçün belin üstündə olan  nazik kəmərlər taxın.

Bel nahiyəsi çox olan  şalvar geyin

Yuxarı belli  şalvarlar, ətəklər və ya şort ayaqlarınızı daha uzun göstərir ki, bu da təbii olaraq boyunuzun  daha uzun görünməsini təmin edir.
 
  Böyük çantadan istifadə etməyin
 

Qısaboylu qadınlar böyük həcmdə olan çantalardan istifadədən qaçmalıdırlar. Böyük çantalar görünüşünüzə bütövlükdə təsir etdiyindən sizi olduğunuzdan  daha qısa göstərə bilər.
 
 Paltarlarınızı dikdabanla tamamlayın
 

Çox yüksək olmasa da dabanlı ayaqqabılardan daha tez-tez istifadə edin.
 
 Biləkdən bağlı ayaqqabılar geyməyin

Biləkdən bağlı ayaqqabılar ən uzun qadının da ayaq hissəsini olduğundan daha qısa göstərir. Bu səbəbdən boyunuz qısadırsa biləkdən bağlı ayaqqabıları seçməməlisiz. 
 
 Tək rəngə üstünlük verin

Paltarlarınızı seçərkən üzərində tək rəng olmasına diqqət edin. Beləcə, tam bir siluet forması yaratmış olarsınız. Əgər rənglilərdən istifadə etsəniz, diqqət dağılar və siluetiniz kəsilir.
 
Doğru şalvar seçiminə diqqət edin


 Uzun görünmək üçün boru paça, ya da ispan paça şalvarlardan geyinə bilərsiniz.
 
  Tünd rənli  paltarları seçin


 Qara və bənzəri rəng geyimlər sizi incə göstərdiyii kimi boyunuzu da olduğundan uzun göstərir.
 
 Yaxanızın şəklinə diqqət edin


 Qısa boylusunuzsa, xüsusilə U və ya V şəklində yaxası olanları seçin. 
 
 Şaquli xətlərə üstünlük verin

Paltarlarınızda xüsusilə şaquli, dik çizgili xətlər  olmasına diqqət edin.  Bildiyiniz kimi üfüqi çizgililer sizi ən enli göstərəcəyi kimi, şaquli xətli parçalar da boyunuzun daha uzun görünməsini təmin edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM