Azərbaycanı təmsil edən əkiz bacılar Avropanı heyran qoydu


Azərbaycanlı əkiz bacılar Budapeştdə qızıl və gümüş medallar qazandılar.

azerbaycani-temsil-eden-ekiz-bacilar-avropani-heyran-qoydu
09.03.2020 12:53 1 dəq oxuma

Əsmər və Sofiya Seyidova bacıları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə ikigünlük “Tavasi kupa” beynəlxalq turnirində qızıl və gümüş medallar əldə ediblər.

AZƏRTAC xəbər verir ki, əkizlərin hər biri orijinal nömrə təqdim etməklə münsiflər heyətinin etimadını qazanıblar.

Qeyd edək ki, Seyidova bacıları tanınmış məşqçi İrina Berekin yetirmələridir.