REKLAM

Nəyə görə Hollivud ulduzları böyük ayaqqabı geyinirlər? - Səbəbi


Hollivud ulduzlarının qırmızı xalçada ən gözəl paltarları ilə uyğunlaşdırdıqları ayaqqabıların böyük olduğuna fikir vermisinizmi? 

news
REKLAM

TurpKimi.com səbəbini açıqlayır. 

Bir çox Hollivud ulduzu bilə-bilə qırmızı xalıda köhnəlmiş dikdaban ayaqqabı geyinər. Daha əvvəl istifadə etdikləri ayaqqabını təkrar geymələrinin səbəbi isə ayaqlarını sıxmaması və yaralamamasıdır. Nəticə olaraq dikdaban ayaqqabı geyən hər qadın dikdaban ayaqqabının ilk geyimdən sonra genişləndiyini bilir.

Uzun müddət ayaq üstə  qala bilərsiniz

Ayaqda ağrı, narahatlıq və xroniki ayaq problemlərinin yaranmasının qarşısını almaq üçün ən az bir nömrə böyük ayaqqabı geyməyi seçirlər. Ayağa təzyiq olmayacağı üçün qan dövranı düzgün işləyir və  uzun müddət dikdaban ayaqqabı ilə ayaq üstə qala bilərsiniz.

Silikon ped yerləşdirin

Böyük ayaqqabı geyinərkən diqqət yetirəcəyiniz bəzi nüanslar var.  Ayaqqabı ayağınıza böyük olduğu üçün yıxılma riskiniz çoxdur və bunu önləmək üçün ayaqqabının içinə silikon ped yerləşdirə bilərsiniz. Beləliklə, ayaqqabı ayağınızdan çıxmayacaq.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM