Saçınızın sizi daha yaşlı göstərməsinin - 8 səbəbi


Sifəti uzun olan qadınlar nədə yalnış edir?

sacinizin-sizi-daha-yasli-gostermesinin
24.08.2019 15:56 2 dəq oxuma

Bir çox insan bəzi saç xətalarına görə yaşında böyük görünə bilir. Bu xətalar insanı yaşlı göstərməklə yanaşı, saçlara da zərər verir.

TurpKimi.com insanı yaşlı göstərən 8 saç xətasını təqdim edir:

1 – Təbii olmayan yalnış saç rəngi

Dəri və təbii saç rənginə yaxın olmayan saç rəngləri süni görünüş yaradır. Bu da qadının xarici görünüşündə dəyişiklik etmək istədiyini gözlər önünə sərərək  istədiyinin tam əksinin yaranmasına səbəb olur. Ona görə də təbii rəng və dərinizin rənginə uyğun tonlar seçməlisiniz.

2 – Eyni boy kəsimi

Eyni boy kəsim – saçın hər tərəfinin bərabər uzunluqda olması deməkdir. Bunu edənlər yaşlarından daha böyük görünərlər. Bunun yerinə azacıq qatlı saç kəsimi etsəniz yaşınıza uyğun olacaqdır.

3 – Saçları ortadan ayırmaq

Saçları ortadan ayırmaq 10 il bundan əvvəlki dəb idi və artıq bu dəb bitib. Saçlarınızı ortadan ayırırsınızsa və üzünüz buna uyğun deyilsə, yaşınızdan çox görünə bilərsiniz.

4 – Hədsiz tünd rənglər

Həddən artıq tünd rəngli saçlar qadını yaşında olduqca çox böyük göstərir. Saçlar tünd rəngdə olan zaman üzdəki qırışıqlıqlar, cizgilər və ləkələr nəzərə çarpır. Ona görə də 30 yaşlı qadınlar tünd rəngli deyil, açıq rəngli saçlara üstünlük verməlidirlər.

5 – Düz kəsimlər

Sümüklü üzə sahib olan qadınlar düz kəsim saç modellərindən uzaq durmalıdırlar. Çünki bur saç modeli qadının həmin simasının daha da qabarmasına və üzə çıxmasına səbəb olur.  Azacıq qatlara yol verilsə aha gözəl olar.

6 – Saça qulluq etməmək

Dayanıqlı və heç vaxt baxım olunmayan saçlar qadının yaşlı görünməsinə səbəb ola bilər. Fen, hava şəraiti və bir çox şeylər saçlara zərər verir. Odur ki, saçlara lazımi qulluğu etmək, saç qoruyucularından və kemlərindən istifadə mütləqdir.

7 – Saçlarda həcm mütləqdir

Sönük saçlar qadının daha da yaşlı görünməsinə səbəb olur. Ona görə də saçların azacıq həcimli olması ona fərqlilik qatacaq. Lakin bunu edərkən fenlərdən deyil, təbii vasitələrdən istifadə etsəniz daha yaxşı olar.

8 – Saç uclarının qırıq olması

Saçların ucunun qırıb və baxımsız olması da yaşlı görünməsinə və saçlardakı parlaqlığın azalmasına səbəb olur. Bunun qarşısını almaq üçün kremlər, serum və saç baxımı üçün vasitələrdən davamlı istifadə etmək və saçlardakı qırıqları təmizləmək lazımdır.

Firuzə Alimova / TurpKimi.com