Həyatı qadınsız təsəvvür etmək nə deməkdir?! - 8 MARTA ÖZƏL


Hər qadın gözəldir... Hər qadın özəldir...

news

Sadəcə qadınlar deyil, əslində hər insan özəldir. Fəqət hazırda mövzumuz qadınlardır!

Qadınların necə özəl olduqları müqəddəs ifadələr də daxil olmaqla bildirilməkdədir. Qadın anadır, qadın atadır, qadın bacıdır, qardaşdır, dostdur, yoldaşdır. Qadın həyatdır. Qadın görə bilən üçün hər şeydir. Qadına ev versəniz yuva edər. Qadınsız bir ev əsla yuva olmaz. Həyatı da, evi də yaşana biləcək edən bir qadının istiliyidir.

Evlənənə qədər anasız, evləndikdən sonra da xanımsız bir evin varlığı sizi nə dərəcədə xoşbəxt edə bilər ki? O ev insana boş gəlməzmi? Gələr...həm də elə boş gələr ki, o evdə sadəcə nəfəs ala bilərsiniz. Süfrəniz əskik, sevginiz əskikdir. Ev bomboş bir kərpic parçasından ibarət olar.

Bəli, xanımlar, hər birimiz özəlik! Vacib olan bunu bilməyimiz, hiss etməyimizdir. Hərdən də olsa sizə özünüzü özəl hiss etdirəcək şeylər edin. Məsələn, təkcə və ya qadın yoldaşlarınızdan bir neçəsi ilə lirik musiqilərin çalındığı bir yerə gedin və beyninizdəki bütün mümkün olmayan düşüncələri axışına buraxın. Siz nə edirsinizsə edin, nə qədər çapalayırsınız çapalayın onsuz da bu həyatda hər şey olacağı kimi olur.

Bir də qadın-kişi münasibətləri var əlbət. Əgər birlikdə olduğunuz insan sizə sevgi, eşq yaşatmaqdan çox sizi yorursa, münasibətlərinizdə bircə onun istədikləri olursa, sizə olan hörmət itməyə başlayıbsa, buraxın getsin. İnanın xanımlar, sevgi bir yerə qədərdir! Qadın-kişi münasibətlərində sevgi təkbaşına heç bir şeyə yetmir. Onsuz da fədakarlıq biz qadınların ruhunda var. Lakin unutmayın ki, almadan vermək sadəcə Allaha məxsusdur. Ona görə də qarşılığını görmədiyiniz nəyisə etməyə çalışmayın. Hər şeyin qarşılığını gözləyin də demirik, amma siz fədakarlıq edərkən bunu görməməzlikdən gələn insanlara eyni fədakarlığı göstərməkdən vaz keçin.

Özəl olduğunuzu, dünya var olduğundan bəri var olduğunuzu, sizə ana olmaq kimi dünyanın ən gözəl duyğusunun bəxş edildiyini unutmayın! Adətən belə bir deyim var: “Çirkin qadın yoxdur, diqqətsiz qalan qadın vardır. Diqqətsiz qalan qadınlar özlərinə baxmağı sevməzlər”.

Əziz xanımlar, hər nə qədər diqqətsız qalsanız da, özünüzü özəl hiss etməkdən vaz keçməyin. Çünki hər qadın özəldir, gözəldir.

Qadın üçün önəmli olan Xoşbəxtlik, Hüzur və Sevgi dolu günlər diləyirik.

Firuzə Alimova / TurpKimi.com