Cinsi doyumsuzluq hissi - Hislərin köləsi olmaq, yoxsa müalicə almaq?


Cəmiyyətdə cinsi əlaqədən doymayan, günün hər saatı ağlında cinsi fantaziyalar canlandıran insanlar az deyil. 

cinsi-doyumsuzluq-hissi
18.06.2022 19:23 3 dəq oxuma

Bunun qarşısını almaq üçün özü ilə mübarizə edənlər də var, özünü istəklərinin axarına buraxanlar da...

Satiriasis – İnsanda Cinsi Doyumsuzluq - Hiperseksualite - Nemfomani xəstəliyi

Lüğəti mənası cinsi əlaqədən heç doymayan Hiperseksüalite -yəni, Nemfomani günümüzün əhəmiyyətli xəstəliklərindən biridir. Çoxları bunun xəstəlik olduğunu da bilmir. 

Əslində bu xəstəliyin kökü insanın keçmişinə, keçirdiyi psixoloji sarsıntılara dayanır. Bu cür insanlar öz şəxsiyyətlərini cinsi əlaqədən aldıqları zövqlə təsdiqləyirlər. 

Hiperseksualite termini ilk dəfə  1961-1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti Con F.Kennedinin "dörd saat sekslə məşğul olmadan dayana bilmirəm" sözü ilə gündəmə gəldi. O dövrdə belə bir xəstəliyin olduğu bilinmirdi.  Təşxisini qoymaq da çox çətin idi.  Kennedi hiperseksual idi. Qardaşı Edvard Kennedinin seks xəstəsi olduğu sevgilisiylə keçirdiyi qəzadan sonra üzə çıxıb və siyasi karyerası bununla da  sona çatmışdı.

Hər şeyin normadan çox olmasının tibbi və qeyri-tibbi səbəbləri vardır. Eşqbazlığın da bir həddi olur. 

Həddindən artıq cinsi əlaqə düşkünü olanlar hansı həddən sonra xəstə adlanırlar? 

TurpKimi.com xəbər verir ki,   mütəxəssislərə görə bu sərhəd, yəni hiperseksualite sərhədi 6  aydan çox müddət ərzində bir qadınla əlaqədən bezməklə ölçülür.   Kişilərdə "satiriasis", qadınlarda "nemfomani" adlanır. Bu cür insanlar cinsi duyğu və istəklərinin köləsinə çevrilirlər. Bir növ azğınlaşırlar. Tək bir insanla cinsi əlaqədə olmaqla  kifayətlənə bilməyən, normaldan çox cinsi əlaqədə olan bu insanlar ümumiyyətlə davamlı əlaqəyə sahib deyillər. 

Çox zaman bu duyğularla boğuşan insanlar özlərinin əslində xəstəliyə düçar olduqlarını 6-7 il sonra öyrənirlər. Həmin an ya intihar etmək niyyətinə düşürlər, ya da bir həkimə müraciət edirlər. 
Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir. 

Hiperseksual insanların şəxsiyyətini qiymətləndirdikdə onların özünə heyran olmaq, özünü böyük görmək narsist olmaq kimi xüsusiyyətlərinin olduğu üzə çıxır.  Bu cür insanlar çətinliyə tab gətirə bilmirlər.  Qarşısındakı insanı 15 dəqiqədə göylərə yüksəldib 10 gün sonra yerə çırpa da bilirlər.  Həyata dünyagörüşləri ümumiyyətlə pessimistdir. Maraqlandıqları tək mövzu pornoqrafiyadır.  Seksual hərəkətlər ön plandadır. Kişi üçün o qadının gözəlliyi, cazibədarlığı əhəmiyyətli deyil. Mühüm olan öz arzularına çatmaqdır. 

Bu insanlar davamlı olaraq əlaqədə olduğu insanları dəyişirlər. Bir insanla uzun müddət bir yerdə qala bilmirlər. 

Bu xəstəliyi əmələ gətirən ən sadə səbəb hormon pozulmasıdır. 

Satiriasisin Səbəbləri

*Uşaqlığın sevgisiz və etibarsız bir mühitdə yaşanmış olması, 
*Ruhi pozğunqluqlar,
*Genetik faktorlar, 
*Beyin xəstəlikləri, 
*Klayn-Levin Sindromu

Müalicəsi

Satiriasisin müalicəsi çətindir. Bu xəstələrin əvvəlcə ruh hallarını düzəltmək, tarazlamaq lazımdır. Dərman preparatları və psixoterapiya üsulu ilə müalicə almaq nəticə verir.  Müalicə minimum altı ay davam edir.

Doktor Kraft Edbinq cinsi duyğuları çox olan qadınların sosial və iqtisadi baxımdan yaxşı vəziyyətdə olduğunu,  cinsi duyğuları çox olan kişilərin isə əksinə sosial və iqtisadi baxımdan pis vəziyyətdə olduğunu üzə çıxardıb. 

TurpKimi.com

28-09-2019