Hamiləlikdə CİNSİ ƏLAQƏ: Bətndəki uşağa ziyandırmı? - Zərərli sevişmə pozisiyaları


Hamilə qadın sevişərkən uşaq hansı hisslər keçirir?

hamilelikde-cinsi-elaqe-betndeki-usaga-ziyandirmi
11.06.2019 01:25 4 dəq oxuma

Hamiləlik dövründə cinsi həyatın dəyişməsi, nəyi edib-etməmək, bətndəki uşağa təsiri kimi suallar hər zaman ana olacaq şəxsləri maraqlandıran mövzulardan biridir.

TurpKimi.com hamilə xanımların diqqətində olan mövzu ilə bağlı vacib məqamları təqdim edir:

Hamiləlikdə cinsi əlaqəyə girmək olarmı?

Hamiləlikdə cinsi münasibətin istər uşağa, istərsə də doğuşa zərər verə biləcəyi haqda məlumatlar yayılmaqdadır. Ona görə də ana olmağa hazırlaşan bütün qadınların beynində “hamiləlikdə cinsi əlaqəyə girmək olarmı?” kimi sualı olur. Lakin aparılan elmi araşdırmalar, hamiləliyin heç bir həftəsində bu kimi təhlükələrin olmadığını göstərir. Düşük və erkən doğuşlarda cinsi əlaqəylə bağlı hər hansı problemin qeydə alındığı görünməyib.

Hamiləlikdə cinsi əlaqə neçənci aya qədər olmalıdır?

Qadınlar hamiləlik dövrünün bütün mərhələlərində, həkimlər əksini demədikcə, cinsi əlaqəyə girə bilərlər. Sadəcə 36 və 37-ci həftələrdən sonra uşaq narahat etməyə başladığı üçün cinsi münasibətə ara vermək lazım gələr. Çünki artıq bu həftələrdə ananın qarnı böyük olur və 3-cü trimestrin simptomları özünü ciddi şəkildə göstərməyə başlayır. Ona görə də həmin vaxtlarda özünü kifayət qədər yaxşı, fiziki olaraq enerjili və hərəkətli hiss etməyə bilərsən. Yəni hamiləliyin sonuncu həftələrində cinsi əlaqə sənə zövqdən çox məcburiyyət hissi yaşada bilər.

Bir sözlə, “hamiləliyin 37-ci həftəsində cinsi əlaqəyə girmək olarmı?” sualına “yox, olmaz” deyə bir şey yoxdur. Amma sənin üçün çətindirsə, sevişmə. Nəticə etibarı ilə, hamiləliyin normal getdiyi müddətdə özünü yaxşı hiss edir və istəklisənsə, cinsi əlaqə təhlükəli deyil.

Hamiləlikdə cinsi əlaqə uşağa zərərlidirmi?

Hamiləlikdə cinsi münasibətlə bağlı ən çox düşündürən suallardan biri də yaşanacaq orqazmın doğuş təhlükəsinə yol açması kimi yanlış məlumatdır. Hamiləlikdə orqazm olmaq endorfin hormonunun artmasına yol açır. Bu isə qan axımını yaxşılaşdıraraq uşağın qidalanmasına müsbət təsir edir. Qısacası, qorxmayın, uşağınız hamiləlik dövründə bətninizdə olan amniyotik mayə və uşaqlıq boyunun ağzını bağlayan mukoid tıxac tərəfindən qorunur. Odur ki, hamiləlikdə cinsi əlaqəyə girmək uşağınıza zərər verməz.

Seks zamanı qarnından reaksiya gəldiyini düşünürsənsə, bu, bətnindəki dəyişikliklərə verilən təbii reaksiyalardır. Bu reaksiyalar hər hansı problemə işarə vermir. Əksinə sən orqazm olduğun zaman bətnindəki uşağın özünün gözəl şəkildə yelləndiyini hiss edir.

Hamiləlikdə cinsi əlaqənin sıxlığı nə qədər olmalıdır?

Bu barədə hər hansı qayda yoxdur. Bu məsələ partnerinlə sənin aranda olan bir mövzudu, kimsə buna qarışa bilməz, siz bilərsiniz.

Hamiləlikdə cinsi əlaqə zamanı pozisiyalar hansılardı?

Rahatsansa, bir çox pozisiya uyğundur. Sizin üçün hansı pozisiyanın yaxşı olduğunu partnerinizlə yaşadığınız zaman müəyyən edə bilərsiniz. Lakin adətən, partnerinizin altında olmaq yerinə, yanında və ya önündə olmaq hamiləlikdə məsləhət edilən cinsi əlaqə pozisiyalarından biridir.

Partnerinizin üstdə olduğu və sənin belüstü uzandığın pozisiyada ağırlığını sənə vermədiyi, qolları ilə özünü dəstəklədiyi müddətcə bu üsuldan hamiləliyin ilk dövrlərində istifadə edə bilərsiniz.

Göründüyü kimi hamiləlik zamanı cinsi əlaqə pozisiyalarında böyük ölçüdə hər hansı bir qadağa yoxdur. Lakin cinsi əlaqə zamanı vaginanın içinə havanın girməməsinə diqqət etmək lazımdır. Nadir hallarda rast gəlinsə də, vaginaya hava axını damarı tıxaya bilər. Bu isə uşağın həyatı üçün risk deməkdir.

Hamiləlikdə zərərli sevişmə pozisiyaları hansılardır?

Hamiləliyin 3-cü trimestrində uzun müddət belüstə yataraq vaxt keçirmək zərəlidir. Ona görə də cinsi əlaqə zamanı belüstü pozisiyaları seçməsəniz yaxşı olar. Çünki ana bətni böyüdükcə, belüstündə yatmaq əhəmiyyətli qan damarlarının üzərində uzanmanıza səbəb olur. Bu isə uşağa və bədənə gedən qan axını azalda bilər. Hətta bəzi hamilə qadınlar üçün belüstündə yatarkən nəfəs almaq daha da çətinləşir.

Digər tərəfdən üzüaşağı yatmaq da böyüyən qarına daha çox təzyiq etmək deməkdir. Ona görə də 37-ci həftəlikdə cinsi əlaqə zamanı hamilə qadınlar üçün ən gözəl pozisiya yan uzanmaqdır.

Hansı hallarda hamiləlik zamanı cinsi əlaqə ziyandır?

Aşağıdakı hallarda həkim hamiləlik zamanı cinsi əlaqədən uzaq durmağı tövsiyyə edə bilər. Bu hallardan başqa hamiləlik cinsi əlaqə üçün maneə deyil.

-Erkən doğuş riski varsa;

-Vaginal qanaxma varsa;

-Amniotik maye axıntısı varsa;

-Uşaqlıq boyunun vaxtından əvvəl açılması varsa;

-Plasentanın servikal boşluğunun bağlaması varsa;

-Çoxdöllü hamiləlik yaşanırsa;

-Bundan əvvəl düşük və ya erkən doğuş yaşanıbsa;

Hamiləlik dövründə cinsi əlaqənin faydaları nələrdir?

-İstər hamiləlik zamanı, istərsə də hamiləlikdən kənar, fərq etməz, əgər xüsusi bir hal yoxdursa, cinsi əlaqə faydalıdır. İnsanın rahatlanmasına, gərginliyin azalmasına və həzz almağa kömək edir. Bundan başqa, hamiləlik dövründə yaşanan cinsi əlaqə doğuşa hazırlanmanıza köməkdir.

-Cinsi əlaqə zamanı edəcəyiniz bəzi hərəkətlər (Kegel hərəkətləri) doğuş zamanı əzələlərin elastiki olmasına və yırtığın yarama ehtimalının azalmasına kömək edəcək.

-Fiziki olaraq rahat olmanız və partnerizinlə duyğusal yaxınlaşma münasibətlərinizə istilik qatacaq, bir-birinizi daha yaxşı anlamağa səbəb olacaq.

Firuzə Alimova / TurpKimi.com