REKLAM

Cütlüklərin orqazma çatma problemi - Orqazm nədir?


Orqazmın necə və nə cür yaşanacağı haqda müəyyən bilgiyə sahib olmaq sizin üstünlüyünüzdür. 

news
REKLAM

Orqazm - cinsi əlaqə zamanı tərəflərin aldığı həzzin ən üst səviyyəsidir. 

Orqazm, cinsəlliyin aktuallaşmasından bəri bəlkə də haqqında ən çox danışılan və yazılan mövzulardan biridir. Orqazmın fiziologiyası son 40  ildə aparılan  araşdırmalarla öyrənilib. 
Orqazmın partnyorlar tərəfindən romantik baxımdan necə qəbul edildiyi haqda isə fikir yürütmək çox çətindir. 

Orqazm vəziyyətində hər iki cinsin nümayəndəsində boşalma baş verir və bir sıra ümumi simptomlar yaşanır. Bunlardan cinsi orqanın qızarması, nəfəs və ürək döyüntüsünün sürətlənməsi və ani yorğunluğu misal göstərmək olar. Orqazm vəziyyəti cinsi əlaqə zamanı və ya masturubasiya nəticəsində baş verə bilər. Orqazm normal insan bədənində 10 - 20 saniyə davam edir. Ancaq bəzi cinsi həzzi gücləndirən dərmanların hazırlanmasından sonra, bu müddəti daha da uzatmaq mümkündür. Kişilərdə orqazm prosesi qadınlara nisbətən daha tez baş verir. Qadınlarda orqazmın gec əldə olunmasına baxmayaraq, orqazm baş verdikdə, həzz kişilərə nisbətən daha şiddətli olur. 

İnsanın əvvəlcədən nə qədər doyumla orqazma çatmasını bilmək mümkün deyil.    Partnyorlar arasında keyfiyyətli cinsi əlaqə, ehtirasın olması yaxşı orqazma çatacağına işarə ola bilər.  

Orqazm bir refleksdir və xüsusilə qadınlar da bu refleksi yaşamağı öyrənə bilərlər. Daha doğrusu bu istəyə bağlı bir refleksdir, eynilə fiziki ehtiyacları ödəmək kimi vacibdir. 

Orqazmın verdiyi həyəcan və zövqün tərifini vermək qeyri-mümkündür. Orqazmı anlaya bilmək üçün bu mövzudakı son araşdırmalara nəzər salmaq faydalı olacaq.

TurpKimi.com xəbər verir ki,  psixoanalist Freud bildirib ki,  klitoris orqazmı uşaqyanə bir anlayışdır və əsl  qadın vaginal orqazma çatmalıdır. 

60-cı illərdə orqazm müasir tibb seksologiyası  baxımından Masters və Johnson ikilisinin çoxalma biologiyasını araşdırma laboratoriyalarında detallı şəkildə öyrənilmişdir. 


 

Orqazm təkcə fiziki təmas demək deyil

Hite adlı alim də  hazırladığı anketlərlə bu mövzuda statistik məlumatlar verib. O qeyd edib ki,  cinsəlliyi,  orqazmı elektrik düyməsinin açılıb bağlanması kimi yalnız fiziki  hadisə kimi  anlamamaq lazımdır. Cinsi orqanlar sinir ucları ilə xəbərdar edilmə nöqtələri baxımından çox zəngindirlər.

Xüsusilə qadınlarda klitoris, sinir quruluşu baxımından çox zəngindir

Lakin hər qadın hər dəfə cinsi əlaqə zamanı orqazma çata bilməz.  Burada cütlüklər arasında yaxınlaşma zamanı ünsiyyət və hislərin anlaşılmasının əhəmiyyəti böyükdür. Yalnız cinsi orqanların nəsə etməsi və müəyyən yerlərə toxunması kifayət deyil. 

Cütlüklərin qarşılıqlı olaraq həzz alması və həzz verməsi önəmlidir. Bu proses ardıcıl həyata keçirilməlidir. 

Sxematik olaraq cinsi əlaqə ;
Penisin girişi,
Mənin  gəlməsi
Aktın sonu 

Orqazım zamanı insan psixoloji cəhətdən həzz alır və vücudundakı enerji ən son həddə çatır.
Orqazm individual xarakterə malikdir və bu individuallıq özünü boşalma zamanı göstərir. Belə ki,bəzi insanlar orqazmı adətən ən yüksək dərəcədə yaşayır,  bəzilərində bu daha daha mülayim,  bəzilərində isə sakit halda baş verir.

Lakin orqazma bir həzz vasitəsi kimi baxmaq heç də düzgün deyil, hər şeydən öncə orqazmın bir neçə fizioloji komponenti mövcuddur. İlk olaraq orqazm zamanı yalnız bel nahiyəsində deyil, beynə siqnal ötrülməsi nəticəsində vücuddakı bütün əzələlər bu aktda iştirak edir və vücüd enerji itkisinə məruz qalır.

Anatomik müxtəlifliyin mövcudluğuna baxmayaraq istər fizioloji və psixoloji,  istərsə də subyektiv cəhətdən orqazm zamanı kişilərlə qadınlar arasında heç bir fərq yoxdur.

Qadınlarla kişilərin orqazma çatmaq vaxtları fərqlidir. Seksoloq Alfred Kingzlinin dediyinə görə, 75% kişilər orqazma cinsi əlaqədən 4 dəqiqə sonra çatır, qadınlarda isə bu vaxt 10-20 dəqiqə arasında dəyişir.

Orqazm onun hansı yolla əldə edilməsindən asılı olmayaraq elə orqazm olaraq qalır. Bəzi qadınlar klitoral və ya vaginal seksin faydalı olduğunu soruşurlar. Fizioloji nöqteyi-nəzərdən onlar arasında fərq yoxdur. Çünki bu və ya digər yolla orqazm qadın orqanizminin özəlliyindən asılıdır. Həmçinin qadının əhvalı və ya ümumi abu-havadan çox şey asılıdır. 25% pasiyent partnyorla birgə seks zamanı orqazmın baş verməməsindən şikayətlənirlər. Bunun əsl səbəbi də bu haqda bilgili olmamaqdır.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

 

REKLAM