REKLAM

Uşağın qız və ya oğlan olması üçün nə etməli? - Cinsi əlaqədən qidalanmaya kimi FƏRQLİ ÜSULLAR


Qeyd edək ki, tibbi olaraq dünyaya gələcək uşağın cinsiyyəti kişidən asılıdır.

news
REKLAM

Qız övladınız var və ona qardaş arzulayırsınız? Bunun üçün TurpKimi.com sizə bəzi köməkçi vasitələri təqdim edəcək. Süni mayalanma yolu ilə oğlan və ya qız uşağına sahib olmazdan əvvəl yazılan məsləhətləri sınaqdan keçirə bilərsiniz.

Yumurtlama dövrünü təqib edin

Bildiyimiz kimi qadınlarda sadəcə X – qadın xromosomları olur. Kişilərdə isə bir ədəd həm X, həm də Y xromosomu olur. Bu, dünyaya gələcək uşağın cinsiyyətinin kişi tərəfindən asılı olduğu deməkdir. Spermadakı Y - kişi xromosomu, X - qadın xromosomundan daha sürətlə hərəkət edir. Ancaq X xromosomları daha dayanıqlıdır.  Odur ki, qadın yumurtlama vaxtlarını izləməlidir. Bədən yumurtanı sərbəst buraxdığı üçün uşaq sahibi olma şansınız yüksəkdir. Çünki həmin vaxtda Y xromosomu yumurtaya çatmadan çölə çıxmaz.

Vacib olan digər üsul, spermanın keyfiyyətini artırmaq üçün yumurtlama tarixindən bir həftə əvvəl cinsi əlaqədən uzaq durmaqdır. Mümkündürsə, məhz yumurtladığınız gündə cinsi əlaqəyə girin.

Seks zamanı dərinə nüfuz etmə üsullarından istifadə edin.

Qadınlar üçün dərinə nüfuz edən pozisiyalarında cinsi əlaqəyə girmək oğlan uşağına sahib olmaq şansını artırır. Bu halda Y-kişi xromosomu yumurtaya tez çata bilir. Elmi cəhətdən sübut olunmasa da, Y-kişi xromosomu X-qadın xromosomundan daha sürətlə hərəkət edə bilir. Lakin cinsi əlaqə zamanı aşağıdakı pozisiyalarda Y xromosomun yumurtaya çatma çansını artırmış olacaqsınız:

- Ayaq üstə…

- Qadın üstdə olanda…

- İt üsulu və ya arxadan…

- Misyoner üsulda, lakin qadının ayaqları sinəsinə doğru bükülmüş vəziyyətdə…

Əvvəlcə qadın orqazm olsun

Qadının cinsi əlaqədən əvvəl orqazm olması Y-kişi xromosomları üçün münbit şərait yaradır. Bunun səbəbi, orqazmin spermanı bətnə daha da yaxınlaşdırmasıdır. Qadının orqazm olması vaginada qələvi mühit yaradır və bu da Y-kişi xromosomunun yumurtaya çatmasına kömək edir. Mümkündürsə, kişinin orqazm olması əngəllənməlidir. Seksə başlamazdan əvvəl manual və ya oral yolla hissləri oyadın. Bu, qadının kişidən daha tez orqazm olmasına kömək edir.

Həyat tərzinizi dəyişdirərək…

İncə servikal axıntı Y-kişi xromosomu üçün daha əlverişlidir.

Yüksək qələvi mühiti yaradın və ya “uşaq” dieti saxlayın

Bir qadın servikal axıntısındakı turşuluğu azaltsa, oğlan uşağı dünyaya gətirmək şansını artırmış olacaq. Ona görə də yumurtlamadan əvvəl ıspanak və ya çuğundur kimi qələvi mühit yaradan qidalarla qidalanın. Orqanizmdə qələvi mühit yaradan digər qidalar bunlardır:

- Yağlı süd;

- Hindistan qozu, zeytun, kətan və susam yağı;

- Avokado;

- Turş vişnə;

- Əncir;

- Soya (ağ) lobya;

- Badam;

- Çuğundur;

- Yeralması;

- Qulançar;

- Göyərti;

- Brokolli;

Çoxlu kalium və natrium qəbul edin

Qadın kalium və natriumla zəngin olan qidalarla qidalandıqda oğlan uşağına hamilə qalmaq üçün əlverişli mühit yaradır. Bu qidalar yumurtlamadan 1 həftə əvvəl daha çox qəbul edilməlidir. Həmin qidalara daxildir:

- Banan;

- Konservləşdirilmiş lobya;

- Göyərti;

- Portağal və qreyfrut;

- Şirin kartof və qabaq;

- Qatıq;

- Pendir;

Bir az qəhvə için

Kafein Y-kişi xromosomunu daha aktiv hala gətirir. Cinsi əlaqəyə girməzdən əvvəl bir fincan qəhvə və ya soda içə bilərsiniz.

Ağırlıq qaldırın

Bu bədəninizdəki əzələlərin miqdarını artırır və sağlam kilo artımına səbəb olur. Çünki arıq kişilərin qızı, bir qədər kök olanların oğlu olur.

Rahat paltarlar geyinin

Dar alt paltarı və ya şalvar geyinmək spermatazoidlərin artımına təsir edir. Çünki dar geyimlər xayaları çox isti saxlayır və hərəkətinə mane olur. Ona görə də kişilər rahat və dar olmayan alt geyimlər geyinməlidir ki, oğlan uşağına sahib ola bilsinlər.

TurpKimi.com

REKLAM