REKLAM

Niyə bəxt üzüyü 4-cü barmağa taxılır?


4-cü barmaq nəyi simvolizə edir?

news
REKLAM

Alyans, yəni müxtəlif mədəniyyət və adətlərin kəsişmə nöqtəsi olan evlilik üzüyü sol əlin 4-cü barmağına taxılır. Lakin alyansın niyə 4-cü barmağa taxıldığının mənasını və nəyi simvolizə etdiyini öyrəndikdə təəccüblənəcəksiniz.

TurpKimi.com bildirir ki, alyansın 4-cü barmağa taxılmasının miladdan əvvələ gedib çıxan müxtəlif mənaları var.

Tarixdə ilk alyansı Misir kraliçası Nefertiti taxmışdır. Lakin Nefertitinin alyansdan niyə istifadə etdiyi məlum deyil.

Qədim romalılar sol əlin 4-cü barmağına “eşq damarı” mənasını verən Vena Amoris adı qoyublar və alyansı da bu barmağa taxıblar.

Həmçinin qədim xristian toylarında sol əlin ortasındakı 3-cü barmağa da “ata, oğul və müqəddəs ruh” mənasını təmsil edən 3 üzük taxılarmış.

Çin fəlsəfəsinə görə, 4-cü barmaq həyat yoldaşını, sərçə barmaq isə uşaqları təmsil edir.

Firuzə Alimova / TurpKimi.com

REKLAM