Azərbaycanda karantin dövründə daha çox nikah hansı rayonda olub?


Cari ilin may ayında qeydiyyat orqanlarında 1 615 nikah qeydə alınıb.

azerbaycanda-karantin-dovrunde-daha-cox-nikah-hansi-rayonda-olub
23.06.2020 17:50 1 dəq oxuma

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Nikah daha çox nazirliyin Şəmkir, Tovuz və Beyləqan rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində qeydə alınıb.