REKLAM

Sübut olundu - Seksdən asılılıq xəstəlikdir!


Alimlər xəstəliyin diaqnozunu qoyub.

news
REKLAM

İsveçdə aparılan araşdırma zamanı bir vaxtlar şübhəylə qarşılanan “seksdən asılılıq” xəstəliyinin beyindəki reaksiyadan qaynaqlandığı və gerçək olduğu qənaətinə gəliblər.

TurpKimi.com bildirir ki, bu barədə məlumat “Epigenetics” adlı elmi jurnalda dərc olunub.

Araşdırmada seksdən asılı olduqlarını söyləyən insanlarda qeyri-adi genetik fəaliyyət aşkar edilib. Bu hal beyində normadan çox olan və “eşq hormonu” deyə adlandırılan oksitoksinin ifrazına səbəb olur.

Tədqiqatların köməyi ilə bu xəstəliyin müalicəsində yeni metodlar axtarılır. Həmçinin mütəxəssislər bununla da seksdən asılılığın narahatlıq olduğu isbat etdiklərini vurğulayıblar.

Araşdırmanı aparan alimlərdən biri, İsveçdəki Umea Universitetindən Jussi Jokien bildirib ki, xəstəliyin bioloji səbəblərinə dair çoxlu dəlillər var: “Əlbəttə, çox mübahisəli bir diaqnozdur, amma indi bunun gerçək olduğunu düşünürük”.

Firuzə Alimova / TurpKimi.com

REKLAM