Prezervativdən istifadə edərkən edilən - 8 YANLIŞ


Cinsi yolla yoluxa biləcək xəstəliklərə qarşı qorunma üsulu...

prezervativden-istifade-ederken-edilen
12.01.2022 16:57 2 dəq oxuma

Prezervativ arzuolunmaz hamiləlik və cinsi yolla yoluxa biləcək xəstəliklərə qarşı qorunma üsulların ən başında gələn vasitədir. Lakin düzgün şəkildə istifadə edilmədikdə mənfi tərəfləri ilə qarşılaşa bilərik.

1 – Düzgün tərəfi taxmaq

Prezervativin iç və çöl tərəfini bilmədən düzgün istifadə etməyi bacarmayan kişilər var. Bu səhv nəticəsində prezervativin səthində olan spermisidlər istifadəsiz qalır. Bununla da prezervativ arzuolunmaz hamiləliyin qarşısını almaqda faydasız olur.

2 – İki ədəd prezervativ taxmaq

“Bunu da edən varmı, deməyin!” Mütəxəssislərin açıqlamasına görə, üst-üstə iki ədəd prezervativ taxan insanlar heç də az deyil. Ancaq cinsi əlaqə zamanı bu, yaşana biləcək mənfiliklərin qarşısını almaz. Əksinə riskin artmasına səbəb olur. Həmçinin boşalma hissinin itirilməsinə gətirib çıxarır.

3 – Prezervativi gec taxmaq

Cütlüklərin yol verdiyi yanlışlardan biri də prezervativi gec taxmaqdır. Ön sevişmənin uzun müddət davam etdiyi vaxtlarda prezervativi gec taxmaq istəyən cütlüklər boşalma anından əvvəl yaşana biləcək riskləri də nəzərə almalıdırlar.

4 – Sərtləşməzdən əvvəl prezervativ taxmaq

Kişi cinsi orqanına sərtləşməzdən əvvəl prezervativin taxılması ucluğun penisə düzgün oturmamasına səbəb olur.  Bu zaman kişilərin ereksiya olmamasına şərait yaradır.

5 – Vaxtı keçmiş prezervativ taxmaq

Mütəxəssislər bu məsələyə çox həssas yanaşır. İstifadə müddəti keçmiş dərman və ya yemək necə istifadə olunmazsa, eyni şey prezervativlər üçün də keçərlidir.

6 – Yalnış ölçüdə prezervativ taxmaq

Kişilər bu məsələdə çox vaxt qürur edərək ölçülərində olmayan prezervativ seçimi edirlər. Ancaq cinsi əlaqə zamanı müxtəlif sızıntılara şərait yaranmış olur.

7 – Eyni məhsuldan təkrar istifadə etmək

Günümüzdə bu çox əhəmiyyətli yer tutur. Eyni prezervativdən bir neçə dəfə istifadə etmək, bir həkimin əməliyyatda taxdığı əlcəkdən təkrar istifadə etməsi qədər təhlükəlidir. Mikroblar sizə  qorxunc nəticələr yaşada bilər.

8 – Qüsurlu/ cırılmış prezervativ

Bu kimi hallara nadir rast gəlinsə də, istifadə etməzdən əvvəl məhsula yaxşıca diqqət etmək lazımdır. Çünki məhsulun üzərində olan hər hansı yırtıq həyatınızın sonrakı günlərini dəhşətə çevirə bilər.

Yazılıb: 02.12.2019-cu ildə

TurpKimi.com