REKLAM

Sahurda 1 stəkan için və uzun müddət tox qalın


Nəyinki tox tutur, orqanizmi protein, vitamin və minerallarla zənginləşdirir.

news
REKLAM

Bir stəkan süd insana 5 saat toxluq hissi verir. Odur ki, sahurda südün içilməsi çox vacibdir.

TurpKimi.com bildirir ki, türkiyəli mütəxəssislər Ramazanda oruc tutanlara südün toxluq hissi verən faydalı xüsusiyyətindən danışıblar.

İlk olaraq onu qeyd edək ki, Ramazanda sahura qalxmaq çox vacibdir. Sahura qalxanlar gün boyu aclıqdan əziyyət çəkməməsi üçün protein tərkibli qidalarla qidalanmalıdırlar. Bu qidalar mədənin boşalma müddətini uzadaraq acımanı gecikdirir. Südün protein tərkibi yüksək olduğu üçün həm toxluq hiss etməmizə kömək edir, həm də bədənimizin suya olan ehtiyacını ödəyir.

Amerikalı alimlər insan orqanizminin ehtiyacını azaldan qidalar arasında südün birinci yerdə olduğunu göstərir. Həmçinin bir stəkan südün 5 saat insanı tox tutduğunu bildirirlər.

Süd şəkəri laktozun aclıq zamanı qlikogenə dəstək olaraq bədənin enerji ehtiyacının ödənməsinə kömək edir, tərkibindəki yağ mədədə uzun müddət qalaraq toxluq hissi verir. Bundan başqa, süd isti havalarda tərlə itirilən kalsiumun, mineral və vitaminlərin yerinin doldurulmasına yardım edir.

Firuzə Alimova / TurpKimi.com

REKLAM