REKLAM

ORUC tutarkən halsız olmamaq üçün nə edək?


Oruc həm Allaha ibadət etmək, həm də orqanizmi saflaşdırmaq, sağlamlaşdırmaq üçün buyurulub.

news
REKLAM

TurpKimi.com xəbər verir ki, əgər bu müqəddəs ayın bərəkətindən düzgün faydalansaq sağlamlığımıza qovuşa bilərik. Hətta bəzi ölümcül xəstəliklərdən qurtulmaq da mümkündür.

Oruc tutarkən insanlar özləri də bilmədən bir dəfəyə daha çox qida qəbul edirlər. Bunun da sağlamlığa ancaq zərəri olur. Əgər iftar vaxtı orqanizmi yükləməsək, sağlam qidalansaq sağlamlığımızda olan dəyişikliklərin nəticəsini tez bir zamanda görəcəyik. 

Oruc tutanların ən çox rastlaşdığı problem halsızlıqdır. Gün ərzində iftara qədər halsız olmamaq üçün müəyyən qaydalara riayət etmək lazımdır. Onlardan ən vaciblərini təqdim edirik:   

- Tərkibində şəkər nisbəti çox olan qidaları yeməyin.

- Süfrə şəkəri qatılmış qidalardan əlavə ağ unla azırlanmış pide, börək, keks, peçenye, sahurda düyü qəbul edildikdə  orqanizminiz bu qidalardakı şəkəri sürətlə istifadə edir. Nəticədə qanda şəkərin miqdarı gün ərzində daha çox düşərək əsəbi olmağınıza səbəb olur. 

- Sahurda mütləq səhər yeməyi yeyin.

 - Zeytun və duzlu pendirlərdən ehtiyat edin.  Tərkibində duz çox olan qidalar ertəsi gün sizi daha çox susadacaq. Lor pendiri, dil pendiri kimi daha az duzlu pendir seçin. Zeytunları suya qoyun və duzunu aldıqdan sonra yeyin.

 - Qatıq və süd  möcüzəvi  qidadır. Həm karbohidrat, həm də zülal və yağ ehtiva edir. Buna görə də qan şəkərini tarazlayır.

- Bol miqdarda maye qəbul edin

- Qızardılmış yeməklərdən uzaq durun. Lifli, tərəvəzli yeməklərə üstünlük verin. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com

 

REKLAM