İftarla sahur arasında 4 dəfə yeyin - Bu məlumatlar çox yararlıdır


Ramazanın ilk günündən etməyə başlayın.

iftarla-sahur-arasinda-4-defe-yeyin
06.05.2019 05:07 2 dəq oxuma

Oruc tutmağın insan orqanizminə olan faydaları saymaqla bitmir. Elmi olaraq da sübut olunmuş bu faydalar insana həm ruhən, həm də fiziki olaraq müsbət təsir edir.

TurpKimi.com bildirir ki, artıq bu gündən Ramazan ayının ilk gününü yaşamaqdayıq. Orucu açdıqdan sonra sahura kimi elə qidalanmalıyıq ki, orqanizm yüklənməsin və növbəti günə daha enerjili başlamaq mümkün olsun. Belə ki:

1 – Sahura kimi 4 dəfə yeyin

Ramazan ayında bacardığınız qədər sahura kimi 4 dəfə qidalanın. İftar süfrənizdə əvvəlcə sadəcə sup (şorba) olsun. Sup içərkən qidanın sovrularaq qan şəkərini yüksəltmə sürəti asan və tez olur. Supu yedikdən sonra süfrəyə qoyulacaq digər yeməklərin tez yeyilməsinə mane olur. Sağlam iftar süfrəsi üçün bu məsləhət çox vacibdir.

2 – İftardan 2 saat sonra ikinci yeməyinizi yeyə bilərsiniz.

Bu zaman həcmi az, həzm edilməsi asan olan qidalar yeyin. İftardan sonra mümkün olduğu qədər daha çox hərəkət edin. Yeməkdən sonra hərəkətsizlik başda mədə-bağırsaq olmaqla, ürək xəstəlikləri və yüksək təzyiq kimi bir çox xəstəliyə yol açır. Ona görə də yeməkdən sonra əvvəlcə süfrəni yığışdırmaqla hərəkət etməyə başlayın. Daha sonra yürüş və hərəkət etməyə çalışın.

3 – Mütləq sahura qalxıb yemək yeyin

Bunu heç vaxt təxirə salmayın. Bu zaman aclıq hissinin yaranması azalır, aclığa davamlılıq artır. Ürək, qan dövranı və hormonal sistemdə çətinlik yaranmaz. Orqanların enerjiyə olan ehtiyacı təmin olunsun deyə, sahur etmək çox vacibdir.  

Sahurda proteinlə zəngin, enerji dəyəri yüksək olan, qan şəkərini sürətlə yüksəltməyən qidalar yeyin. Sahurda pendir, süzmə, zeytun, çərəz, qaymaq, ət və quş ətləri yeyə bilərsiniz.

Sahura qalxarkən şirin və ağır yeməklərdən uzaq durun. Şirin şeylər insanı asanlıqla acıdır. Həzmi çətinləşdirən qızartma, çox yağlı yeməklər isə həzm sistemində problemlərin yaranmasına səbəb olur.

Bağırsaqlarda hərəkətliliyi pozmamaq, rahat həzm üçün sahur süfrələrinizdə mütləq göyərti, lifli tərəvəzlər olsun.

4 – Sahurda su için

Gündəlik suya olan ehtiyacınızı təmin etmək üçün iftarla sahur arasında sidiyin rəngi açıq sarı, şəffaf olana kimi su için. Lakin bir dəfəyə çox su içmək yerinə, lazım olan miqdarı iftarla sahur arasında az-az və tez-tez içmək olar.

Allah bütün oruc və dualarınızı qəbul etsin, Amin!

Firuzə Alimova / TurpKimi.com