Ramazanda susuzluq və şişkinlik  üçün bitki çayı reseptləri


Ramazanda oruc tutduğumuz gün boyunca  susuzluq və iftardan sonra isə şişkinlik problemi ilə qarşılaşırıq. Burda köməyimizə bitkilər çatacaq.

ramazanda-susuzluq-ve-siskinlik-ucun-bitki-cayi-reseptleri
18.05.2019 00:01 2 dəq oxuma

TurpKimi.com Türk mediasına istinadla xəbər verir ki,  Sağlam həyat üzrə mütəxəssis Haluk Saçaklı Ramazan ayında susuzluq və şişkinliyə  çarə olan bitki çayı resepti təqdim edib.

Ramazan ayının ilk həftəsi orqanizmdə "alışma müddəti" adlanır. Xüsusilə, ilk 2, ya da 3 gün hipoqlisemiya, baş ağrısı, halsızlıq, yorğunluq, unutqanlıq, yuxuya meyl, həzmsizlik, şişlik, mədədə qıcqırma yaşanır, qan təzyiqi düşür və bədən toksin istehsal etməyə başlayır. Bu səbəblə ilk həftəyə diqqət edilməlidir. İftar ilə sahur arasında yetərli qida və maye  istehlak edildiyində, bolçeşidli və ağır qida qəbul etmədikdə   problemlər azalır.

Ramazanın ilk həftəsində şişkinlik və gəyirmələrin normal olduğunu qeyd edən mütəxəssis Haluk Saçaklı məsləhət görür ki, iftarda qazlı içkilərdən uzaq durulmalıdır.

Karbon-dioksid qabarcıqları həzm sistemində hava boşluğuna səbəb olur. İsti günlərdə həddindən artıq soyuq içkilər də vücudda karbon yığılmasına səbəb olur. Xüsusilə, iftar süfrələri üçün şorbalara əlavə edəcəyiniz zəncəfil, razyana, sarıkök, keşniş, qara bibər və şüyüd kimi ədviyyatlar şişkinliyi azaldır.

Sağlam həyat üzrə mütəxəssis susuzluq və şişkinlik üçün xüsusi bir resept verib.

2 litr suya 1 ədəd çubuq darçın, 6 dənə mixək,  1 dilimlənmiş limon, 2-3 ədəd cəfəri və 1 sarıkök kökü qoyun. 8-10 saat gözləyin, iftar ilə yatana qədər olan müddətdə 1,5 litrini, qalanını da sahurda istehlak edin. Sahurda çox su istehlakı boşalmağı sürətləndirir. Bu da sahurdan sonra şişlik və susuzluq yaradır. Hər kiloqrama ən azı 30 millilitr su istehlak etmək kifayətdir. İftar və Sahur arasında kifayət qədər qida, maye və duz alınmalıdır.

Uzun müddət aclıqdan çıxan mədəyə bir anda yükləndiyində yaranan problemlərdən bəhs edən Saçaklı bildirib:

"Mədə və bağırsaq sistemi və ürək yorulur. Qan təzyiqi yüksəlir, nəbz artır, ürəyin oksigen ehtiyacı artaraq  çətinlik yaradır. Bunun həlli üçün iftar öncəsi  1 və ya 2 stəkan su için,  3 ədəd xurma,  4 ədəd zeytun və 1 kasa şorba  qəbul etdikdən sonra süfrədən qalxın. Yemək üçün 12 və ya 18 dəqiqə ara verin.  Bu müddət ərzində doyma siqnalları mədədən beyinə ötürüləcək.  Hər loxmanı yaxşıca çeynəyərək udun".

Saçaklının şişkinlik üçün resepti:

 Əməkömənci, gicitkən, dərman şahtərəsi,  hərəsindən bir qaşıq 1 litr suya əlavə edilir,  3 - 5 dəqiqə qaynadılır və 1 stəkan içilir.  İftardan sonra vişnə, gilas, armud, alma, qovun, qarpız, kivi, şaftalı, ananas, alça kimi  toksin atan meyvələr yeyin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com