Ramazanda kökəlməmək üçün bunlara əməl edin - 10 məsləhət


Orucluq ayında bəzi insanlar düzgün qidalanmadıqlarına görə daha çox çəki alırlar.

news

TurpKimi.com xəbər verir ki, uzun müddət ac qalan orqanizm iftarda daha çox yüklənilir. Nəticədə yediyiniz hər şey piy hüceyrələrinə çatır və çəkiniz artır. 

Ona görə də bəzi qidalardan xüsusilə uzaq durmaq lazımdır. Ramazan ayında kökəlməmək üçün aşağıdakı qidalardan uzaq durum.

Bal- mürəbbə yeməyin

Sadə süfrələr açın. İftarda və ya sahurda sosis, basdırma, müxtəlif cür pendir çeşidləri, qaymaq, kərə yağı, bal, mürəbbəni süfrədən götürün.

5 cür yemək qaydasına əməl edin

İftarda süfrədə ən çox 5 cür yemək olsun.  Süfrəyə 1 cür şorba, 1 cür ət yeməyi, tərəvəz yeməyi, 1 kasa salat və 1 stəkan qatıq qoymağa çalışın.  

Plov, makaron, unlu yeməklərdən qaçın

Fərqli çeşiddə plov, makaron, unlu və xəmirli yeməklərdən uzaq durum. Çalışın yeməyin. Əgər istifadə edirsinizsə, 5 fərqli yemək formuluna riayət edin.

Paxlalı bitkilərdən daha çox istifadə edin

Ramazan ayında quru paxlalıları süfrənizdən əskik etməyin. Protein, karbohidrat  və lif baxımından zəngin olan paxlalı bitkilər həm tox qalmanıza, həm də sağlam qidalanmanıza kömək edəcək. Salatlarda belə istifadə edin.

Tox qalmaq üçün protein mütləqdir

Süfrələrdə ətə mütləq yer verin. Proteinli yeməklər həm tox tutur, həm əzələləri qoruyur, həm də orqanizmi dəmir və minerallarla təmin edir. Xüsusilə, qırmızı ət B12 vitamini və dəmir baxımından zəngindir.   

Şorbasız olmaz

İftar süfrəsində mütləq bir çeşiddə şorbanın olması vacibdir. Bol yağlı və ədviyyatlı şorbalardan uzaq durun.

Şorbaya mərci əlavə edin

Həftədə ən azı 3 gün qırmızı mərci şorbası hazırlayın. Digər günlərdə də hazırladığınız şorbaları yaşıl və ya qırmızı mərci əlavə edin.

İftarda salat mütləqdir

Süfrələrin olmazsa-olmazı salatdır. Hər iftarda salata mütləq yer verin. Salatları qızardılmış ət, pendir və quru paxlalı bitkilərlə zənginləşdirə bilərsiniz. Yağın miqdarına və sousa diqqət edin. Adam başına düşən 1 çay qaşığı zeytun yağını aşmayın.  

1 çeşid tərəvəz yeməyi

Hər itarda istər ətli olsun, istərsə də zeytun yağlı tərəvəz yeməyi hazırlayın. Əgər ətli tərəvəz yeməyi hazırlamısınızsa, əlavə ət yeməyi hazırlamağa ehtiyac yoxdur. Tərəvəzlər insanı tox tutur.

 Sahurda qatıq yeyin

Qatıq, ayran və kefir iftar və sahur menyusunda olsun. Bu qidalar protein, karbohidrat, yağ və kalsium baxımından çox zəngindir. Həm tox tutar, həm də metabolizmanı sürətləndirər. Xüsusilə hər sahurda 1 stəkan qatıq və ya süd için.

Vüsalə Əlövsətqızı, TurpKimi.com