Azərbaycanda RAMAZAN ayının başlanacağı - TARİX AÇIQLANDI


Artıq Ramazana sayılı günlər qalıb.

azerbaycanda-ramazan-ayinin-baslanacagi
08.04.2020 11:54 1 dəq oxuma

Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, aprelin 25-i Ramazan ayının ilk günü olacaq: 

“Bu il Şaban ayı 30 gün olacaq. Ona görə də təqvimə əsasən Ramazan bayramının mayın 24-də olacağı gözlənilir”.

Qeyd edək ki, Türkiyə mediasında Diyanət İşləri Nazirliyi tərəfindən verilən açıqlamaya görə, Ramazan ayı aprelin 24-də başlayacaq. Sözügedən tarix həftənin cümə gününə təsadüf edir, yəni aprelin 23-ü, cümə axşamı ilk teravih namazı qılınıb oruc tutulacaq:

“İslam aləmində min aydan da xeyirli olan Qədr gecəsi isə mayın 19-dur. Hər il 10 gün qabağa gələn Ramazan bayramı bu il mayın 23-də, şənbə günü başa çatacaq”.

Firuzə Alimova / TurpKimi.com