REKLAM

Britaniya nəm salfetlərə qadağa qoyur - Qadınlar, diqqət!


İctimaiyyət üçün nəzərdə tutulan tualetlərdə nəm salfetlərin kanalizasiya borularını tıxadığının dəfələrlə şahidi olmuşuq. 

news
REKLAM

Məsələ burasındadır ki, bu hal təkcə bizim ölkədə müşahidə edilmir.
 
Böyük Britaniya bu cür hallarla qarşılaşmaqdan zara gəlib və yeni qanun qəbul etmək istəyir. Nəm salfetlərin satışı və istehsalı dayandırılacaq. 

TurpKimi.com Britaniya mediasına istinadla xəbər verir ki,  Britaniyada aparılan araşdırmalara görə, kanalizasiya borularının tutulma səbəbinin 93 faizini nəm salfetlər təşkil edir. 

Bu bir yana əsəs problem ordadır ki, nəm salfetlərin tərkibində plastik materiallar var və bu kağız kimi ərimir.  İndi Britaniya hökuməti salfetlərin ya tam əriyən materialdan,  ya da kağızdan hazırlanması üzərində baş sındırmaq istəyir. 

Politelin torbalar kimi nəm salfetlər də gec çürüyür. Kanalizasiya borularını tutmağı bir yana, okean canlılarına, suda yaşayan heyvanlara ciddi təhlükə törədir. Çünki bu materialları yeyən canlılar dərhal ölürlər. 

Məsələnin qlobal miqyasını dərk etmək üçün "The Guardian" müzakirələrə başlayıb. Əhali arasında sorğular aparılır. 

Təkcə Kent şəhərində kanalizasiyalara 2 min ton nəm salfet buraxılır. Nəm salfetlər kanalizasiyaya düşərək ətrafına yağ da yığır.  London kanalizasiyasında 2013-cü ildə avtobus boyda  donmuş piy  tapıblar. 

 Xəstəxanalarda və gözəllik salonlarında üzü nəm salfetlərlə silməyi xüsusilə sevirlər. Amma alimlər sübut edib ki,  bu yalnız bakteriyaları yaymağa kömək edir, yəni faktiki olaraq nəm salfetlər bakteriyalara ikinci can verir. 

Nəm salfetlər həmçinin insanın dərisinə zərər verir. Onların tərkibində spirt var, dərini qurudur. Tərkibində kimyəvi  materiallar olduğuna görə,  allergik reaksiyaya səbəb ola bilərlər. 

Nəm salfetlər xüsusisilə uşaqlar, körpələr  üçün təhlükəlidir.  Körpələrə yalnız uşaq  üçün nəzərdə tutulan salfetlər almaq məsləhətdir. Çünki bu salfetlərin tərkibində spirt yoxdur və turşuluq dərəcəsi, yəni PH səviyyəsi  5,5  təşkil edir.

Həkim-ginekoloqlar xüsusilə qadınarı cinsi gigiyena üçün nəm salfetlərdən istifadə etməmək barədə xəbərdarlıq edir.   Çünki nəm salfetlər mikrofloranı məhv edir və selikli qişanı çox qurudur. Nəticədə xarici cinsiyyət orqanlarının iltihabı baş verir. 

İstifadə müddəti bitmiş salfetlərdən istifadə etmək də təhlükəlidir. 

Britaniyanın  baş naziri Tereza Mey  2042-ci ilə qədər İngiltərədə birdəfəlik plastik materilların, "olmasa da keçinmək mümkündür" kimi ləvazimatların   qadağan olunması haqda plan hazırlayıb. 

Yaxın vaxtlarda plastik qablar, çöplər,   içkilərin qarışdırılması üçün qaşıqlar və qulaq çöpləri qadağan ediləcək.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM