Diş pastalarındakı 3 kimyəvi maddəyə DİQQƏT! - Amerikada qadağan olunub, amma biz...


Hər gün daxilə qəbul etdiyimiz bu kimyəvi maddələr xərçəng yaradır.

dis-pastalarindaki-3-kimyevi-maddeye-diqqet
04.07.2019 17:21 2 dəq oxuma

Hər gün 80 minə qədər kimyəvi maddəylə qarşılaşırıq. Bunlar yaşadığımız evin təmirində istifadə olunan materiallardan tutmuş kosmetik və evdəki təmizlik vasitələrinə qədər gedib çıxır. Bu maddələr bazara çıxarılmazdan əvvəl bəzi testlərdən keçirilir, amma təəssüflər olsun ki, bu testlər detallı deyil. Yəni məhsulun tərkibində istifadə olunan kimyəvi maddələrin hamısı kifayət qədər etibarlı testlərdən keçmədən satışa buraxılır. Məhsulların zərərləri isə yalnız diqqət çəkməyə başladıqdan sonra istifadəsi qadağan olunur və ya azaldılır.

Bu kimi kimyəvi maddələrin tərkibində ən çox yayılan maddələr “bisfenol A”, fitalar və triklosandır.

“Bisfenol A” adlandırılan kimyəvi maddə plastik materialı sərt və şəffaf vəziyyətə gətirmək üçün istifadə olunur. Hətta insanların bir çox işlərini asanlaşdırır. Məsələn, hər kəsin plastik qablarda aldığı sular: yüngüldür, təmizlənməsi asandır, üstəlik qiyməti də ucuzdur. Yemək qablarında “bisfenol A” maddəsinin yeməyə və içinə tökülən içkiyə keçdiyi sübut olunub. “Bisfenol A”nın  hormonları ciddi şəkildə pozan  maddə olduğu aşkar edildiyi üçün uşaq əmzik və məhsullarında istifadəsi qadağan edilib. Lakin bu maddə hələ də insanların istifadə etdiyi yüzlərlə məhsulda var.

Fitalar adlı kimyəvi maddədə də hormonları pozur. Plastik qablar başda olmaqla bir çox məhsullarda istifadə olunur.

Kosmetik vasitələrdə mikrobun düşməsinin qarşısını alan “triklosan” adlı maddənin kanserogen və dayanıqlı bakteriyaların yaranmasına səbəb olduğu aşkar edilib. Ona görə də ABŞ sabun və yaş salfetlər kimi bir çox məhsullarda həmin maddənin istifadəsini qadağan edib.

Lakin “triklosan” maddəsi hələ də diş məcunları və ağız yaxalama sularında istifadə edilməkdədir. Bir anlıq fikirləşin, Amerikada dəridən sovrularaq sağlamlığa zərər verdiyi üçün qadağan edilən bir maddəylə bizim hələ də ağız yaxalamağımız ağıl və məntiqə sığmır.

Məhsulların tərkibində olan bir çox maddənin zərərli olduğu düşünülsə də, sübut edənlər çox azdır. "Bisfenol A" (BPA), "fitalat", "paraben" və "triklosan" kimi bir çox kimyəvi maddələrin təhlükəli olduğunu sübut etmək üçün çox böyük maliyyə vəsaiti lazımdır. Bu araşdırmalar geniş və uzun vaxt tələb edir. Ona görə də bazara çıxmazdan əvvəl məhsulların sınaq testlərinin hamısından keçməsi mümkün deyil.  

“Endocrinology” jurnalında yayımlanan bir araşdırmada, hamiləliyin ilk dövrlərində yüksək miqdarda BPA-ya məruz qalan ana və uşaqların qanında stress göstəricisi olan “3-nitrotirozin” miqdarının çox olduğu müşahidə edilib. Araşdırmaya görə, hamiləlikdə BPA oksidativ stressə yol açaraq uşağın yetişkinlik dövründə diabet, ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemləri yaşama riskini artırır.

Qeyd edək ki, Amerikada 2013-cü ildə "triklosan" maddəsindən istifadə qadağan olunub. Həmçinin "triklosan" maddəsi olan maye sabunların istifadəsi davamlı bakteriyaların inkişafına yol açdığı kimi hormonal problemlərə də səbəb olur.

Firuzə Alimova / TurpKimi.com