REKLAM

“Su da içsəm kökəlirəm” deyənlər! - Əslində sizi kökəldən nə su, nə də yediklərinizdir – BƏS NƏDİR?


Dr.Dietoloq Lalə Cəfərli sizi kökəldən başlıca səbəbi yazıda çox sadə şəkildə izah edib.

news
REKLAM

“İnsulin vədəaltı vəzin ifraz etdiyi hormondur. Bəzən qanda insulinin çoxluğunu görüb xəstəyə “sən şəkər xəstəsisən” deyirlər. Bəli, mədəaltı vəz sıradan çıxıb, amma xəstə şəkər deyil. Yəni insulinin yüksək olması insanın şəkər xəstəsi olması demək deyil”.

TurpKimi.com bildirir ki, Dr.dietoloq Lalə Cəfərli köklükdən əziyyət çəkən insanlar haqda danışarkən insulinin insan orqanizmindəki funksiyasından ətraflı danışıb. Dietoloq insulinin bədənimizdə hansı əhəmiyyətli funksiyaları yerinə yetirdiyini və kökəlmədə necə rol oynadığını izah edib:

“Təsəvvür edin, insulin orqanizmdə yük qatarıdır və bu yük qatarının özünün bir xususiyyəti var. Məsələn; konfetlə çay içildi. Konfet dərhal qana sovrulur, ordan da qana qlükozalar tökülür və qlükozalar qanda üzməyə başlayır. Yaxud çörək yedikdə, sadə karbohidrat və digər vitaminlərə parçalanır. Lakin bizə maraqlı olan digər mikroelementlər deyil, ancaq qlükozadır. Çünki orqanizmdəki beyin hüceyrələri, qara ciyər, yastı sümük iliyi, dalaq və bəzi hüceyrələr ancaq qlükozayla işləyir. Odur ki, bütün günü ac qalıb axşam tərəfi bir stəkan kofeylə bir parça şokolad yeyəndə sanki gözümüzə işıq gəlir. Çünki beyin avtomatik qlükoza qəbul edir, sanki beyinə oksigen daxil olur, bədəndə qan dövranı dərhal artmağa başlayır. Qlükoza orqanizmə daxil olanda beynə siqnal gedir ki, qana qlükoza düşüb. Çünki bütün siqnallar beyinlə idarə olunur. Nəhayət, sadə dillə desək, insulin qatarı işə düşərək qandakı qlükozaları öz qabına yığır və beynə, qara ciyərə, bir sözlə, bir-bir lazım olan yerlərə aparıb paylayır.

Bəs insulin funksiyasını nə zaman itirir?

“Düşünün ki, insulin qatarı saatda 50 km/saatla işləyir. Yəni insulin bu rəqəm daxilində işləyir və bundan kənara çıxmır. Siz bütün günü ac olanda isə təzyiq oynamağa başlayır. Bütün günü ac olub yemək yeməyən pasiyentlərdə stress hormonu olan kartizol qana atılır, ordan da avtomatik beynə siqnal gedir ki, acam. Stress hormonu olaraq kartizol prolaktinə, TSH-a təsir eləyir və mədə acından sıyrılmağa başlayır. Axşam isə evə gəlib birdən-birə çoxlu miqdarda yemək yeyirsiniz. Bu qədər çox yeyəndə sanki qana bir kamaz qlükoza atılır. Bu zaman insulin görür ki, qidalardakı qlükozanı bədənə paylamaq üçün 50 km/saat sürət ona çatmır və birdən-birə sürətini qaldıraraq 250 edir. İnsulin bu sürətlə bədəndə dövr etməyə başlayır. Orqanizmə daxil olan mikroelementlər çox olduğu üçün sürətlə onları bütün orqanlara paylamağa başlayır.

Qatarın sürəti artanda bədəndə insulinin səviyyəsi də artır. İnsulin artanda isə bədəndə olan piy hüceyrəsinin balaca bir pəncərəsi var, bax həmin pəncərə açılır. Sürət artanda insulin, qəbul etdiyimiz qidalardakı mikroelementləri beynə yerləşdirə bilmir və onların hamısını aparıb piy hüceyrələrinə doldurur. Ona görə də insulin orqanizmdə yüksək olanda nə yeyirsinizsə yeyin kökələcəksiniz, beyin isə "mən bütün günü şirniyyat yemək istəyirəm” deyəcək. İnsan şirniyyatın acı olur. İnsulin daim sürətlə dövr edir, bədən çatdırmır, yediyin qidadakı qlükoza isə qanda qalır, beynə çatmır. Çünki insulin qlükozanı qidadan alıb piy hüceyrələrinə aparır, beynə isə heç nə getmir. Sadə dillə izah etsək, beyin “mənim nə dərdimə sənin mədəaltı vəzin sıradan çıxıb. Mənə çatan çatmır, o sənin problemindir ki, mədəaltı vəzin işləmir, mənə şirniyyat ver” deyir”.   

Bəs insan nə vaxt şəkər xəstəsi olur?

Bir aparat dayanmadan nə qədər işləyə bilər? Gün gəlir dayanmadan işləyən mədəaltı vəz tamamilə sıradan çıxır. O nə zaman olur? Qlükoza qəbul edirsən, amma əvvəlki kimi özünü yaxşı deyil, pis hiss edirsən. Amma həmin xəstələr əvvəlcə şirniyyat yeməyəndə özlərini pis hiss edir, əlləri əsir, sonra şirniyyat yeyəndə özlərini pis hiss edirlər. Çünki bu funksiyaları tarazlayan orqan sıradan çıxıb, işləmir. Bu zaman bədənə daxil olan qlükozalar qanda üzməyə başlayır və şəkər xəstəliyi yaranmış olur. Buna ikinci tip şəkər xəstəliyi deyilir. Bütün bu prosesləri pozan da bizim normal və sağlam qidalanmamağımızdır.

Dietoloq Lalə Cəfərli qanda insulin çoxluğu olduğu halda, ac qalıb idman etməklə arıqlamağın faydasız olduğunu xüsusi qeyd etdi:

“Bəzən pasiyentlər deyir ki, yemək yeməyəcəm, amma idmana gedəcəm. Bilirik ki, idmanda məşq edərkən qana kartizol atılır və bütün hormonlarda dəyişiklik yaranmağa başlayır. Həmin vaxt qana insulin də atılır. Qana insulin atıldısa, bu o deməkdir ki, sən bütün günü yeməsən də, axşam gəlib evdə bir stəkan su içib, bir parça şokolad yesən, dərhal piy hüceyrələrində depolanmağa başlanacaq.

İdman edərkən bədəndəki bütün maye gedəcək, amma piy əriməyəcəm. İnsanlar var deyir ki, bir ay idmana getməklə 5 kilo arıqladım, amma idmanı saxlayan kimi 15 kilo kökəldim. Onlar piyi əritməklə arıqlamayıblar, çünki insulin yüksək olanda piy olduğu kimi qalır. İnsan heç nə yeməyəndə əzələ qurumağa başlayır, bu zaman sizin itirdiyiniz əzələ kütləsi olur, piy isə olduğu kimi qalır. Ona görə də pəhrizdən sonra siz yemək yeyəndə, su belə içəndə əzələ ac olduğu üçün şişməyə başlayır. Siz piyi deyil, sadəcə əzələ kütləsini azaltmısınız.

Arıqlamaq üçün mütləq yemək lazımdır.

Arıqlamaq üçün ilk növbədə kökəlməyə səbəb olan problemi həll etmək, sonra əzələyə işləmək lazımdır”.

Firuzə Alimova / TurpKimi.com

REKLAM