Yumurtanın daha bir faydası tapıldı - Bol-bol yeyəcəksiniz


Yumurtanın bu günə qədər eşitmədiyiniz daha bir faydası üzə çıxıb.

yumurtanin-daha-bir-faydasi-tapildi
11.04.2021 12:09 2 dəq oxuma

Bildiyimiz kimi yüksək protein dəyərinə sahib olan yumurta asan tapılan, ucuz və tez hazırlanan ləzzətli qidadır. Belə ki yumurtanın yaraların sağalmasında əhəmiyyətli rol oynadığı deyilir.

Ana südündən sonra insanın ehtiyac duyduğu bütün qida maddələrinin yumurtanın içində olduğunu deyən turkiyəli dietoloq Sibel Mumcu “yumurtanın içində olan kolin beynin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır. Tərkibindəki B12 vitamini isə dəri və göz sağlamlığı üçün olduqca faydalıdır. Bundan başqa yumurta yaraların sağalmasında çox əhəmiyyətlidir”.

Orqanizm yumurtanın tərkibində olan proteinlərin hamısını mənimsəyir. Bir yumurtada 6 qram protein, 6 qram yağ və az miqdarda karbohidrat var. Tərkibi dəmir, A və bəzi B vitaminləri ilə zəngindir. Yumurta hər yaşda olan insanların, xüsusilə də böyümə və inkişaf dövründə olan uşaqların qidalanmasında yer tutmalıdır.

Xolesterolu yüksəltirmi?

Bütün heyvani qidalar kimi yumurta da yağ və xolesterol tərkiblidir. Yumurtanın sarısında olan yağların 33 faizi doymuş, 16 faizi isə doymamış, yerdə qalanı isə turşu yağlardan ibarətdi. Tərkibində xolesterol olmasına baxmayaraq, doymamış yağ turşuları və lesitinin miqdarı yüksəkdir. Ona görə də yumurta sarısının xolesterolu artırmaq təsiri yağlı ət və süd məhsulları ilə müqayisədə çox aşağıdır.

İmmun sistemini gücləndirir

Yumurta səhərlər soyutma və ya yağda bişirilmiş formada, axşam yeməklərində souslara və bəzi şorbalara tökülərək yeyilə bilər. Tez-tez yeyilməsi məsləhət görülən yumurtada çoxlu folat və B12 vitaminləri var. Qanın artmasına təsir edir. Bu vitaminlərin əskikliyi isə ürək-damar xəstəlikləri riskini artırir.

Yumurtanın tərkibində olan sink böyümə-inkişaf mərhələsində olan uşaqların immun sistemini gücləndirir və yaraların sağalmasına müsbət təsir edir.

Firuzə Alimova / TurpKimi.com