Olmadan yaşaya biləcəyimiz - 7 ORQAN


İnsan bədəni özünü inanılmaz dərəcədə tez bir zamanda bərpa edə biləcək yaradılışdır.

olmadan-yasaya-bileceyimiz
09.03.2019 12:31 3 dəq oxuma

Qan verdiyimizdə 3-5 trilyon qırmızı qan hüceyrəsi itirə bilərik, amma bədənimiz sürətlə özünü yeniləyir. Hətta həyati vacib olan orqanlarımızın böyük hissəsini itirib yaşamağa davam etməyimiz mümkündür.

Məsələn, bəzi insanlar sadəcə yarım beyinlə normal həyat yaşaya bilir. Digər bəzi orqanlarımız da həyatımız üzərimizdə çox böyük təsir buraxmadan bədənimizdən tamamilə çıxarıla bilər.

“TurpKimi.com” onlar olmadan yaşaya biləcəyimiz 7 orqanı təqdim edir:

1 – DALAQ…

Dalaq qarın bölgəsinin sol tərəfində, qabırğaların düz altında arxaya doğru uzanan bir orqandır. Yaralanma zamanı ən çox çıxarılan orqanlardan biridir. Qabırğalara yaxın bir yerdə olduğu üçün xəsarətə məruz qalma ehtimalı yüksəkdir. Asanlıqla cırılan və kağıza bənzəyən örtüklə əhatələnib. Bu örtük zədələndiyi zaman asanlıqla daxili qanaxmaya səbəb ola bilir. Əgər müalicə olunmasa və ya çıxarılmasa daxili qanaxma ölümlə nəticələnə bilər.

2 – MƏDƏ

Mədəmizin 4 əsas vəzifəsi vardır. Bunlardan biri yumulub açılma hərəkətləri ilə qidaların fiziki həzmini təmin etməkdir. Daha sonra proteinlərin həzmini təmin edərək kimyəvi həzm sistemini gerçəkləşdirməkdir. Digər vəzifəsi isə sovuraraq həzm olunan qidaların qana keçməsini təmin etməkdir.

Mədə xərçəng və ya xəsarət zamanı əməliyyatla götürülə bilər. Məsələn, 2012-ci ildə ingilis bir qadın içərisində azot olan kokteyli içdikdən sonra mədəsini aldırmaq məcburiyyətində qalır. Mədə çıxardıldığı zaman cərrahlar yemək borusunu birbaşa incə bağırsağa birləşdirir. Vitamin və gözəl qidalanma yolu ilə normal bir şəkildə mədəsiz yaşamaq mümkündür.

3 – REPRODUKTİV ORQANLAR

Kişinin reproduktiv orqanları testis, qadının reproduktiv orqanları isə yumurtalıqdır. Bu orqanlar cüt olur və insanlar bu orqanlardan birinin alınması ilə övlad sahibi ola bilir.

Xərçəng xəstəliyi və ya xüsusilə də kişilərdə ağır idman, avtomobil qəzaları zamanı reproduktiv orqanlarının biri və ya hər ikisi əməliyyatla alına bilər. Qadınlarda isə  döl yatağı (rəhim) alına bilər. Uşaqlıq əməliyyatından sonra qadınların ana olması mümkün olmur. Bundan başqa adət halları da kəsilir.

Araşdırmalar zamanı məlum olub ki, yumurtalıqlarını aldıran qadınların orta yaşam müddəti aşağı düşmür. Lakin qəribə haldır ki, hər iki testisini aldıran kişilərin orta yaşam müddəti artır.

4 – YOĞUN BAĞIRSAQ

Yoğun bağırsaq 2 metr uzunluğunda olan bir orqandır və 4 hissədən ibarətdir. Yoğun bağırsağın bu 4 hissəsinin başlıca vəzifəsi su və vitaminlərin sorulmasını təmin etmək və yerdə qalan atqı maddələri sıxışdıraraq nəcis halına gətirməkdir.

Xərçəng və ya digər xəstəliklər yoğun bağırsağın bir hissəsinin və ya hamısının alınmasına səbəb ola bilər. Əməliyyatdan sonra tualet vərdişlərində dəyişikliyə yol açsa da, amma insanlar sağala bilir. Bunun üçün həmin müddət ərzində yumuşaq qidalarla qidalanmaq məsləhət görülür.

5 – ÖD KİSƏSİ

Öd kisəsi qarnımızın döş qəfəsinə yaxın yerdə, sağ tərəfdə, qaraciyərimizin altında yerləşir. Öd kisəsi qaraciyər tərəfindən ötürülən yağların həzm olunmasına kömək edir, lakin ehtiyac olmadıqda öd kisəsində yığılıb qalır.

6 – APANDESİT

Apandesit yoğun bağırsaqla incə bağırsağın birləşməsində yerləşən kiçik, kor uclu soxulcana bənzər bir orqandır. Bağırsağa aid maddələr içəri daxil olduqda apandesit iltihablanır. Buna apandesit və ya apandesit iltihabı deyilir. Ciddi olduqda apandesitin əməliyyatla götürülməsi lazımdır.

Apandesit çıxarılsa belə yenidən böyüyüb ağırı verə bilər. Bəzi hallarda apandesitin kiçik bir hissəsi bədəndə qalır və həmin hissə iltihablanmağa başlayır. Odur ki, apandesitini aldıran insanlar həyatlarına heç bir çətinlik olmadan davam etdirə bilirlər.

7 – BÖYRƏKLƏR

İnsanların əksəriyyəti iki böyrəyə sahibdir. Lakin bir böyrəklə də həyatda yaşamaq mümkündür. Hətta dializdən asılı olaraq böyrəkləriniz olmadan həyatınıza davam edə bilərsiniz.

Böyrəklərin rolu, qanı süzərək su və elektrolit tarazlığını, bədəndəki turşu balansını qorumaqdır. Böyrəklərimiz ələk kimi davranaraq bədənimizin ehtiyacı olan protein, hüceyrə və digər maddələri tutub saxlayaraq, ehtiyacımız olmayan bir çox şeyləri isə sidik yolu ilə axıdır.

Firuzə Alimova / TurpKimi.com