Asqırmaqdan nəfəsi kəsən çiçək tozu allergiyasından qorunmağın - 12 yolu


Çiçək tozuna qarşı allergiyası olanlar üçün 12 təsirli yol

asqirmaqdan-nefesi-kesen-cicek-tozu-allergiyasindan-qorunmagin
04.04.2023 22:00 3 dəq oxuma

Yaz fəslinin gəlməsilə allergik xəstəliklərin yayılması da canlanır.

Çiçək tozu (polen) allergiyası ən çox yayılmış və sosial həyatınıza təsir edən bir allergiya növüdür.  

TurpKimi.com çiçək tozuna qarşı olan  allergiya  ilə mübarizə aparmaq üçün 12 təsirli yolu təqdim edir:

Polen allergiyası ən çox 5-40 yaş qrupunda olan insanlarda rast gəlinir.

 Ağac, kol, çəmən və çiçəklər kimi bir çox bitki polen allergiyasına  səbəb ola bilər. Polen allergiyası asqırma, burun iltihabı, burun tutulması, qaşıntı, qızartı, gözlərdə sulanma və şişmə, öskürək, bəlğəmli öskürək (bronxit), astma, dəridə qaşıntı və suluq, ürək bulanması, ishal, qusma və qarın ağrısı da daxil olmaqla bir çox əlamətlə özünü göstərə bilər.

Polen allergiyası ilə mübarizə aparmaq üçün sadə üsullar:

Pəncərələri bağlayın

Polenləri vücudunuzdan uzaq saxlamaq istəyirsinizsə, əvvəlcə onu evdən uzaqlaşdırın. Pəncərələri bahar və yay aylarında açıq saxlamaq gözəl olsa da, hər gün evinizə milyonlarla hissəciklər daxil olur.

Paltar qurudan maşından istifadə edin

İnsanların çoxu yuyucu tozların qoxusunun çəkilməsi üçün paltarları havada qurutmağı xoşlayır. Paltarları çöldə qurutmaq polen allergiyası olanlar üçün yaxşı fikir deyil, çünki polen hissəcikləri paltarlara yapışacaq və dərinizə təmas edəcək.   Başqa sözlə, qapalı şəraitdə qurutma üsulundan  və ya paltar qurudan maşınlardan istifadə edin.  

Günorta havaya çıxmayın

Allergiyası olanla açıq havada olma saatlarına ciddi fikir verməlidirlər.

 Səhər,  erkən saatlarda havada daha az polen olur, axşam isə polenlər yerə düşür. Buna görə də polenin ən bol olduğu vaxt günorta saatlarıdır. Günorta havaya çıxmamağa çalışın.

Hava proqnozuna diqqət edin

Hava haqqında məlumatlarda həssas insanların diqqətli olmağı ilə bağlı informasiya verilir.  Allergiyası olanlar işlərini havaya görə planlamağa məcburdur.

Qapalı yerdə idman edin

Allergiyası olanlar açıq havada idman etməkdən də çəkinməlidirlər. Yürüşə çıxmaq, qaçmaq yaz və yay aylarında gözəldir, amma həssas insanlar üçün deyil.

Açıq havada məşq edərkən ağızınızdan nəfəs alma intensivləşir. Nəticədə polenlər tənəffüs yollarınıza daha çox daxil olur.   

Burnunuzdan nəfəs alın

Burnunuzda polen kimi patogenləri və allergenləri filtrdən keçirən  tüklər və tükcüklər var. Ağız isə  belə bir qoruyucu sahib deyil. Allergik reaksiyalarınızı nəzarət altında saxlamaq istəyirsinizsə, şüurlu şəkildə burundan daha tez-tez nəfəs almağa çalışın.

Kontakt linzalardan  istifadə etməyin

Kontakt linzalar gözlükdən daha zərif ola bilər, lakin polenləri tutub üstündə saxlayaraq gözləri qıcıqlandırır. Eynək və günəş gözlüyü küləkdə sovrulan allergenlərə mane olur.  Kontakt linzalaın əvəzinə gözlük və günəş eynəyindən istifadə etmək daha yaxşıdır.

Digər allergiya yaradan amillərə fikir verin

Digər  allergenlərə məruz qalsanız, polen allergiyası daha da artacaq. Orqanizmin allergik reaksiya rejimində olduqda başqa təsirə qarşı mübarizə aparması  çətindir, buna görə də digər mümkün qıcıqlandırıcıları nəzərdən keçirin.

Bitkiləri açıq havada saxlayın

Bəzən evdəki bitkilər də allergik reaksiyay səbəb ola bilər. On görə də otaq bitkilərinə də diqqət edin. Allergiya yartamayan bitkiləri evə qoyun.

Daha çox silin

Evinizi təmizləmək allergiyanı uzaqlaşdırmaq üçün yaxşı  yoldur. Hava təmizləyici vasitələrdən istifadə edərək evinizin daxili hissəsini də təmizləyə bilərsiniz.

Ev heyvanlarınızı çimizdirin

Evdən uzaqda olduğunuzda ev heyvanlarınızın harada oynadığına nəzarət etmək çətindir və evə gəldikdə polen, toz və digər allergenler də onlarla birlikdə gəlir. Ev heyvanlarını  yaz və yaz aylarında daha tez-tez və polenin çox yayıldığı dövrlərdə çimizdirin.

Anti-allergik pəhriz

Pəhriz vücudunuzun allergenlərə daha az həssas olmağına kömək edər. Bəzi qidalar allergik reaksiyalara səbəb olan immunoqlobulinin reaksiyasını boğa bilər. Ən yaxşısı anti-allergik qidalardan:  alma, kətan toxumu, yaşıl çay və sarımsaqdan çox istifadə edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

28-05-2019