Heyva ilə həm gözəlləşin, həm də şəfa tapın


Bir ədəd heyvanın yarada biləcəyi möcüzə qarışımlar...

heyva-ile-hem-gozellesin-hem-de-sefa-tapin
15.01.2024 12:12 2 dəq oxuma

Əlinizdə olan bir ədəd heyva ilə həm gözəlləşə, həm də sağlam ola biləriniz. Necə?

TurpKimi.com sizə hərtərəfli vitamin qaynağı olan heyvadan hazırlanan 2 resepti təqdim edir:

Boğaz üçün HEYVALI PÜRE

“İki sarı” olaraq adlandırılan heyva və limonun faydaları saymaqla bitməz. Balla birləşəndə isə boğaz ağrılarına yaxşı təsir edir. Heyva C vitamini, kalium və seleniumla zəngin antioksidant qaynağıdır.

LAZIM OLANLAR

- 1 ədəd heyva

- 1 ədəd limon

- 1 xörək qaşığı bal 

Heyvanı 4 yerə bölüb içindəki tumları üz maskası üçün çıxarıb bir kənara qoyun. 4 hissəyə böldüyünüz heyvanı qabığı ilə birlikdə kiçik hissələrə ayırın. Üzərinə limon sıxın. Daha sonra bal əlavə edib yaxşıca qarışdırın. 5 dəqiqəyə hazırlanan bu qarışımdan gündə 4 dəfə yeyə bilərsiniz.

NƏMLƏNDİRİCİ  MASKA

Heyvanın tumları mineral və antioksidantla zəngindir. Bununla da dəridəki ölü hüceyrələrin xaric edilməsinə, qüsursuz dəriyə nail olmanıza kömək edəcək. Xüsusilə də dəridəki civzələrin və doğuş ləkələri kimi problemlərin aradan qaldırılmasında böyük rol oynayır. Hazırlayacağınız bu maska dərinizi həm nəmləndirəcək, həm də üzdəki ləkələri azaldacaq.

LAZIM OLANLAR

- 2 xörək qaşığı heyva tumu

-1  stəkan təbii gül suyu

- 2 çay qaşığı badam yağı

Heyvanın tumlarını gül suyunun içərisinə əlavə edib 1 gecə saxlayın. Tumları gül suyunun içərisindən süzdükdən sonra badam yağını əlavə edin. Qarışımı yaxşıca qarışdırın və dərinizə sürtün, 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyub təmiz dəsmalla qurulayın.

Firuzə Alimova / TurpKimi.com