Bu xəbəri oxuyanda əsnəmək istəyəcəksiz - Beyini soyudur...


Yorğunluq, sıxıntı və yuxusuzluğun göstəricisi olaraq qəbul edilən əsnəmək sağlamlığa yaxşı təsir edir.

bu-xeberi-oxuyanda-esnemek-isteyeceksiz
21.04.2019 21:56 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, əsnəmək yaş fərqinə baxmadan bütün insanların etdiyi təbii bir hərəkətdir. Əsnəmək, xüsusilə insanların çox olduğu yerlərdə edilir.  Alimlər əsnəməyin insan sağlamlığına faydalarını sübut ediblər. 
 
Əsnəmə beyini soyutmağa kömək edir. Soyuq havanın daxilə girməsini təmin edir və bununla da beyin sağlam temperaturuna geri dönür.

Əsnəmək qulaq pərdəsini, üz əzələlərini və döş əzələlərini (döş qəfəsi) gərməyə və əsnətməyə yardımçı olur. Beləliklə, rahatlanan  orqanizmə daxil olan oksigen artır.

Əsnəmək beyinə və qan dövranına daha çox oksigen girməsini təmin edir. Bundan başqa, ağciyərlərdəki toplanmış karbon qazını xaric edir. 

 Bir az çox əsnəyən zaman gözlər yaşarır. Bu vəziyyət əsnəmə ilə birlikdə gözlərdəki göz yaşı vəzilərinin sıxılmasından yaranır. Göz yaşı həm gözü yağlayır, həm də görməni aydınlaşdırır.

 Əsnəmə beynin fəaliyyətini yaxşılaşdırır və fikrin cəmlənməsini asanlaşdırır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Bunu da oxu:

Nəyə görə əsnəyirik? Əsnəmə yoluxucudurmu?