REKLAM

Yediyiniz NARIN QABIĞINI zibilə yox, çayınıza atın - FAYDALARI və ÇAY RESEPTLƏRİ


Təkcə uşaqların deyil, böyüklərin də bəlasına çevrilən bağırsaq qurdlarını məhv edən NAR QABIĞINDAN ÇAYLAR

news
REKLAM

Orqanizmə min bir faydası ilə yararlı olan narın qabıqları heç vaxt zibil kimi atılmamalıdır. Çünki bir çox xəstəliklərin qarşısını almaq üçün istifadə edəcəyiniz nar qabığından hazırlanmış çayın faydası hədsiz çoxdur. Çinli alimlərin araşdırmalarına görə narın qabığı meyvəsi və suyu ilə müqayisədə daha çox vitamin və faydalı tərkiblə zəngindir. Alimlər narın tərkibində olan ellik turşusu və digər birləşmələrin döş xərçəngi kimi bir çox çətin xəstəliklərin qarşısını aldığını bildirir.

FAYDALARI NƏLƏRDİR?

- Nar qabığında yüksək miqdarda C vitamini var. C vitamini əskikliyi bir çox xəstəliyə səbəb olduğu üçün nar qabığından qış aylarında yaranan qrip, bronxit, boğaz ağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər.

- Ağız sağlamlığına olduqca fayda verən nar qabığı sümük və dişləri gücləndirir.

- Tərkibində yüksək miqdarda olan antioksidant xolestrolu nizamlayır. Antioksidant orqanizmdən toksinlərin təmizlənməsinə kömək edir.

- Nar qabığından olan dəmləmə islahın qarşısını alır: qaynadılmış suda 10 dəqiqə dəmləndikdən sonra içilən nar qabığının suyu təkcə ishalı müalicə etmir, həm də infeksiyaya səbəb olan bağırsaqlardakı bakteriya və qurdların təmizlənməsinə təsir edir.  

- Dəri xərçənginə qarşı güclü təsirə malikdir. Ona görə də nar qabığından olan dəmləmələrin dəriyə müsbət təsirləri olduqca çoxdur.

- Dərini yeniləməklə yanaşı, günəşin zərərli şüalarından da qoruyur.

- Şəkər və ürək xəstələrinə faydalıdır.

- Nar qabığının suyunun sakitləşdirici təsiri var.

- İmmun sistemini gücləndirir.

- Menopozun simptomlarını yüngülləşdirir.

- Yanıq olan yerlərə sürtülür. Yaraların tez sağalmasına və mikroblardan təmizlənməsinə kömək edir.

- Təbii vitamin kimi davamlı isitifadə edilə bilər.

- Saçları canlandırır və sıxlaşdırır.

- Təzyiqi aşağı salır.

- Arıqlamaq üçün diyetoloqlar tərəfindən məsləhət görülür.

- Bəzi ölkələrdə yemək kimi istifadə edilir.

- Hər səhər ac qarına içildiyi zaman bağırsaqlarda olan qurdun tenya növünü tökür.

- Diş daşlarını yaranmağa qoymur.

- Bakteriyaların yaranmasının qarşısını alır.

- Oynaq ağrılarını sakitləşdirir.

NAR QABIĞINDAN ÇAY NECƏ HAZIRLANIR?

Bunun üçün bir neçə resept var. Biz sizin ağız dadınıza uyğun olan nardan müxtəlif çay dəmləmələrini təqdim edirik:

1 – Bir stəkan çay üçün 100 qram qaynadılmış suya 2 qram nar qabığı atın. 15 dəqiqə dəmləyib gözləyin. Dəmləndikdən sonra nuşcanlıqla içə bilərsiniz.

2 – Qurudulmuş nar qabıqlarını yarım saat qaynadılmış suda saxlayın. Daha sonra içərisinə 1 qaşıq kimyon toxumu, yarım stəkan kefir və bir çimdik qaya duzu əlavə edə bilərsiniz. Lakin bu qarışımı gün ərzində 2 dəfədən çox içməyin. Qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməniz yaxşı olar.

3 – Nar qabığını başqa çaylarla birlikdə içə bilərsiniz. Sakitləşdirici və rahatladıcı bir çay istəyirsinizsə, içərisinə çobanyastığı və melisa bitkisi əlavə edin. 

4 – Əgər bütün sadaladığımız çaylar ağız dadınıza uyğun deyilsə, o zaman hər gün içdiyiniz qara çayın içərisinə nar qabığı atıb dəmləyin.

5 – Diyeta saxlayan insanlar həkimiylə məsləhətləşərək nar qabığını yaşıl çay ilə birlikdə dəmləyib içə bilər.

NAR QABIĞI NECƏ QURUDULUR?

Daha çox günəşin altında qurudulur.

İçini təmizlədikdən sonra narın qabığını kiçik hissələrə bölün, parça və ya kağızın üzərinə düzüb günəşli yerə qoyun. Qurumağa başlayan qabıqlara hərdən diqqət edin ki, hər hansı kiflənmə və ya çürümə olsa aralarından tez götürmək mümkün olsun. Daha sonra tam şəkildə qurudulmuş qabıqları hava keçirməyən bankada uzun müddət saxlaya bilərsiniz.

Sobada qurutma üsulu:

Bu üsuldan istifadə edərkən mütləq qabıqlar nəm olmamalıdır. Qabıqlardakı nəmliyi salfet və ya dəsmalla yaxşıca çəkin. Kiçik hissələrə bölüb sobanın tavasına yerləşdirin. 150-175 dərəcəlik istilikdə qabıqları bir-birinə toxunmayacaq şəkildə tavada yerləşdirdikdən sonra sobada quruyana kimi saxlayın. Bu üsul təxmin etdiyinizdən daha uzun müddət davam edə bilər. Çünki burda məqsəd bişirmək deyil, az istiliklə qabıqları qurutmaqdır.

Əgər hər iki üsulla qabıqları qurutmaq sizə çətin gəlirsə, o zaman qışda kölgəli və quru yerə sərərək nar qabıqlarını quruda bilərsiniz.

NAR QABIQLARINDAN BAŞQA HARDA İSTİFADƏ EDİLİR?

Nar qabığından çayda, istəsəniz salatlarda, hətta yeməklərdə istifadə edə bilərsiniz.

Çayin içərisində istifadə edəcəksinizsə, kiçik hissələrə xıdalayıb həm tək, həm də digər çaylarla birlikdə dəmləyib için.

Qurudulmuş qabıqları toz şəkilə gətirib yeməklərin içərisinə qatın.

Toz şəklinə gətirilən nar qabığını süd, ayran kimi soyuq içkilərin, qatığın içərisinə qatın.

Salatların üzərinə nar tozundan tökə bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com

REKLAM