REKLAM

Dünyanın ən zərərli  qidaları açıqlandı - Hər gün bilmədən bəh-bəhlə yeyirik


Eatthis.com hər gün sevərək yediyimiz qidaların nəyə görə pis seçim olduğunu açıqlamaq üçün siyahı dərc edib.

news
REKLAM

 TurpKimi.com siyahıda olan  dünyanın ən zərərli, sağlamlığa faydasız qidalarını təqdim edir:

Plastik qablarda olan sular 

BPA az qala bütün qablaşdırılmış plastiklərdə olan, hormonu təqlid edən kimyəvi maddədir. Aparılan araşdırmaya görə bu kimyəvi maddənin xroniki olaraq udulması müxtəlif hormonal dəyişikliklərə səbəb ola bilər. 

Mayonez 

Mayonezin tərkibində natrium şəkər və qoruyucu maddələr var. 

Bunun yerinə: Qatıq, limon suyu, xardal, bibər və ədviyyatları xırmanlayaraq evdə daha sağlam  mayonez hazırlaya bilərsiniz. 

Paketləşdirilmiş limonad 

Paketə girmiş limonadda şəkər, yüksək fruktozalı qarğıdalı siropu var. 

Qablaşdırılmış turşu 

Qablaşdırılmış turşularda polisorbat 80, natrium benzoat var. 

Bunun yerinə: qatqı maddəli turşulardan qaçmaq üçün evdə öz turşunuzu hazırlaya bilərsiniz.

Sosiskalı buterbrod

Təhlükəli maddələr: Natrium fosfat, qarğıdalı siropu, natrium, natrium nitrit

Sosiskalı buterbrodu yeməmək üçün çox səbəb var. Yüksək dozada natrium və kanserogen məzmunlu nitrat sağlamlığa ziyandır.

Bunun yerinə: Çöldə bol souslu sosiskalı buterbrod yemək əvəzinə, özünüz evdə orqanik sosiska bişirə bilərsiniz. 

Barbekü sous

 Yüksək fruktozalı qarğıdalı siropu var.

Bunun yerinə: Sosiskalı və ya kotlet üçün xüsusi dada ehtiyacınız varsa, barbekü yerinə xardalı seçin. 

Yanmış ət 

 Yüksək temperaturda bişirlildiyi üçün sağlamlıq üçün ziyandır. Aparılan araşdırmalara görə  çox bişmiş ət, az bişmiş ətə nisbətən daha çox miqdarda HCA, yəni Hidroksisitrik turşu adlı kansorogen ehtiva edir. 

Fettuccine Alfredo

Zərərli  maddələr: Krem, yağ

Alfredo sousu krem parmezan pendiri və bol miqdarda yağla hazırlanır, bunlar bir araya gəldiyində sizə zərər verər.

Bunun yerinə: Makaronu sevirsinizsə, klassik bir spagetti hazırlaya bilərsiniz.

Meyvəli yoqurt

Zərərli maddə: Şəkər

Bunun yerinə: Qatığınızın içinə meyvə doğraya bilərsiniz.

Granola Bar

Zərərli maddə: Şəkər, qarğıdalı siropu, sorbitol, soya paxlası yağı, BHT

Bunun yerinə: Qarışıq çərəzlərdən,  bal, düyü və kətan toxumundan hazırlanmış, omeqa-3 baxımından zəngin baton hazırlayıbi istehlak edə bilərsiniz. 

Soğan halqaları

Zərərli maddələr: Şəkər, doymuş yağ

Bol yağda qızardıldığına görə soğan halqası zərərlidir. Hətta qızarmış kartofdan belə daha zərərlidir. Çünki soğan halqalarında daha çox kalori, daha çox doymuş yağ, daha çox şəkər və daha az kalium var.

Bunun yerinə: Onun yerinə kalmar (dəniz məhsulu) kababı yeyə bilərsiniz.

Fast Food

Zərərli maddə: Ftalatlar

Bunun yerinə: Ən yaxşı tövsiyə, fəst fud məkanlarına olan səyahətləri azaltmaq və daha sağlam qidalara yönəlməkdir. 

Qızartmalar

Zərərli maddə: Yüksək istilik və yağ 

Bunun yerinə: Mount Sinai Tibb fakültəsinin alimlərinin apardığı araşdırmalara görə,  işlənmiş və qızarmış qidalar kimi yüksək yağlı qidalar qəbul etməyən insanların  vücudunda iltihab az olur. 

Buna görə yeməklər sobada bişirilməli, qızartmadan qaçınmalıdır. 

Diyetik dondurma

Zərərli maddə: Polisorbat 80

Dondurmadakı qaymaq tamının əvəzinə kimyəvi maddə istifadə edilir. Qatqı maddəsi olan polisorbat 80 diyet dondurmada asılılıq yaradan qaymaq dadını verər,  rəf ömrünü uzadar.

Bunun yerinə: Süddən hazırlanmış dondurmadan ölçülü olaraq istehlak edə bilərsiniz. 

Şəkərli qarğıdalı lopaları

Zərərli maddə: Butillənmiş Hidroksitolüen (BHT), Butillenmiş Hidroksianisol (BHA), rəfinə edilmiş karbohidrat, əlavə şəkər

Bunun yerinə: Daha sağlam taxıl məhsulları istehlak edə bilərsiniz. 

Zülal batonları

Zərərli maddə: Şəkər, süni dadlandırıcılar, karamel rəngi, polisorbat 60

Bunun yerinə: Bir ovuc çiy badam, bir dilim pendir və ya qaynadılmış tam bişmiş yumurta, məşqdən sonra özününzə gəlməyə kömək edər.

Veggie Burger

Zərərli maddələr: Süni dadlar, disodium inosinat və karamel rəngi

Tərəvəzli burgerdə ət olmadığı üçün süni aromalar, disodium inosinat (ləzzətin artırılması) və kanserogen maddə olan karamel rəngi kimi  şübhəli komponentlərlə doludur.

Bunun yerinə: Tamamilə orqanik tərəvəzlər və qozdan hazırlanan tərəvəzli burgerlərə yönələ bilərsiniz. 

Dondurulmuş pizza

Zərərli  maddə: Natrium, qida qatqı maddələri

Bunun yerinə: Evdə öz pizzanızı hazırlaya bilərsiniz. Tam buğdalı pizza xəmiri, az yağlı pendir və sağlam ləvazimatlarla öz pizzanızı bişirə bilərsiniz. 

Şəkərləmələr

Zərərli maddələr: Süni rəngləndirmə, əlavə şəkər, doymuş yağlar

Bunun yerinə: Tünd şokolad yeyə bilərsiniz. 

Şəkər

Pew Araşdırma Mərkəzinə görə amerikalılar 2014-cü ildə gündə 90 qramdan çox əlavə şəkər istehlak edirdi. Bu, Səhiyyə Nazirliyinin gündə 50 qram tövsiyə etdiyi şəkərdən 40 qram çox idi. Dünya Sağlamlıq Təşkilatının tövsiyə etdiyi 25 qramdan isə 65 qram çox idi.

Yüksək rəfinə ağ şəkər istehlakı, 2-ci tip diabet riskini artırar, ürək xəstəliyindən köklüyə qədər bir çox sağlamlıq probleminə gətirib çıxarar.  

Bunun yerinə: Şəkər yerinə dadlandırıcı alternativi var, ancaq mütəxəssislər dadlandırıcı istifadə etməyi də tövsiyə etmir. 

Dondurulmuş qidalar
 
Zərərli maddə: Natrium, qoruyucu maddələr

Bunun yerinə: Təzə tərəvəz və meyvələrə yönələ bilərsiniz. 

Tünd rəngli  düyü 

Arsenik adlı zərərli maddə vurulur. 

Bunun yerinə: İstehlak etdiyiniz taxılları dəyişdirərək riski asanca azalda bilərsiniz. 

Cheesecake (çizkek)

Zərərli maddə: Şəkər, natrium

Krem pendir tək başına istehlak edildiyində zərərli  deyil, ancaq kremli  keks hazırladıqda kalorisi artar. Cheesecake yüksək miqdarda yağ, şəkər və natriumla zəngindir.

Ümumiyyətlə, axşam yeməyindən sonra yediyiniz bir dilim cheesecake sizə astronomik bir kalori kimi geri dönər.

Bunun yerinə: Evdə daha sağlam şirnilər hazırlaya bilərsiniz. Qatıq və meyvələri qarışdırıb ləzzətli atışdırmalıq əldə edə bilərsiniz.

Salat sousları
 
Zərərli maddə : Yüksək fruktozalı qarğıdalı siropu, soya paxlası yağı

Bunun yerinə: Zeytunyağı, balzamik sirkə, limon suyu, bal və xardal istifadə edə bilərsiniz.

Kruasan 

Zərərli maddə: Bitki mənşəli yağlar, marqarin

Bunun yerinə: Yulaf əzməsi istehlak edə bilərsiniz. Yulafda çoxlu lif vardır. 

Mozzarella çubuqları

Zərərli  maddə: Natrium

Mozzarella çubuqlarında zülal olmasına baxmayaraq, bu məşhur məzə qızardıldığı üçün sağlam seçim deyil.

Bunun yerinə: Üzüm və ya badamlarla uyğunlaşdıra biləcəyiniz pendir çubuqları istehlak edə bilərsiniz. 

Qəhvə kremi 

Zərərli maddə: Soya və kanola yağı

Bunun yerinə: İnək südü hər vaxt daha sağlam bir seçimdir.

Şəkərsiz şokolad

Zərərli maddə: Sukraloz, maltitol

Bunun yerinə: Tünd şokolad istehlak edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

 

REKLAM