Gülməklə kalorilərinizdən azad olun - 10 addımda sağlam yaşam


Zəifləmək üçün bu 10 addımı təqib edin və artıq çəkilərinizdən tez və sağlam şəkildə azad olun.  

gulmekle-kalorilerinizden-azad-olun
06.03.2022 21:00 2 dəq oxuma

 Dünyada köklük,  piylənmə ilə mübarizə 1-ci yerdə duran sağlamlıq problemlərindən biridir.
 
TurpKimi.com xəbər verir ki,  Türkiyənin tanınmış diyetoloqu  Cansu Kargu artıq çəkiyə görə  fiziki, psixoloji və sosial həyatı pozulan şəxslərin bu problemlərindən 10 addımda azad ola biləcəyini açıqlayıb. 
 
 İlk addım - qərar vermək. Sağlam qidalanma, arıqlama öncə qərar verməklə başlayır. Yəni şəxs özünü psixoloji olaraq buna hazırlayır və kəskin şəkildə arıqlamağa qərar verir. 


İkinci addım - ara paylardan yararlanmaq. 2-3 saat fasilə verdikdən sonra kiçik atışdırmalıqlar metabolizmanı sürətləndirir. 
 
 Üçüncü addım - gündə ən az 2-2.5 litr su içmək.
 

 Dördüncü addım - əzələ itkisinin olmaması üçün mütəmadi zülal qəbul etmək. Protein mənbələrinə ət, toyuq, balıq, pendir, yumurta, süd və süd məhsulları aiddir. Miqdarları isə insanın enerji ehtiyacına görə dəyişir.

 
 Beşinci addım - həftədə 1 dəfə tərəzidə çəkinizi ölçmək.
 
 Altıncı addım - yağlı toxumları qidalanmada əskik etməmək. Pəhrizdə qatı və heyvani mənşəli yağlar məhdudlaşdırılır. Faydalı yağların isə orqanzimə daxil olmasına kömək etmək lazımdır.  Gündəlik müəyyən miqdarda yeyəcəyiniz  qoz, qovrulmamış çiy badam və fındıq orqanizmi doymamış yağ turşuları ilə təmin edir və tox tutur. 


 
Yeddinci addım - təbii ki, hərəkət. Məsələn, qarın hərəkətləri, ayaq-qol hərəkətləri həmin yerlərdəki piylərin əriməsinə kömək edir. 
 
Səkkizinci addım - kefir içmək. Kefir daşıdığı yüksək probiotik bakteriya ilə bağırsağın işini sürətləndirir və metabolizmi canlandıraraq kilo verməyə köməkçi olar.

 Doqquzuncu addım həftədə 2-3 gün balıq istehlak etmək. İstehlak edilmirsə, mütləq Omega-3 kapsulları atmaq.  Omega-3 uzun müddət tox qalmağı təmin edir, iştahanı azaldır. Yağların əriməsini asanlaşdırır, bir gündə yandırılan enerji miqdarını artırır, qan şəkəri və insulin səviyyəsinin azalmasını təmin edir.

 Onuncu addım - bol-bol gülmək. Bəli, səhv eşitmədiniz gülmək kalori yandırır. 10 dəqiqə fasiləsiz gülmək təxminən 30 kalori itirmək deməkdir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

20-04-2019