REKLAM

Hər gün yediyiniz bu qidalar beyni kiçildir - DİQQƏT


Qidaların içinə tökülən MSG insanda eyni şeyə asılılıq yaradır.

news
REKLAM

Elə qidalar var ki, zərərli olduqlarını bilmədiyimiz üçün hər gün qəbul edirik. Lakin son illər beynin sağlamlığı və qidalanma ilə bağlı ortaya təəccüb doğuran məlumatlar çıxıb. Bütün bədənimizi idarə edən beynin sağlamlığı üçün sağlam həyat tərzini mənimsəmək əsas şərtdir. O zaman sağlam beyin üçün hansı qidalardan uzaq durmalıyıq? Unutqanlığa səbəb olan qidalar və vərdişlər hansılardır?

1 – Bədəndə yağın miqdarı artdıqca beyin kiçilir

Bir insan nevroloji xəstəliklərə yaxalanmaq istəmirsə, kakrbohidrat, doymuş yağ, marqarin, şəkər tərkibli qidalardan uzaq durmalıdır. Bu qidalar hüceyrələri lazımsız və mənfi təsir altında qoyurlar. İnsanın bədəni müəyyən kütlə indeksindən yuxarı qalxdıqda hüceyrəyə mənfi mesajlar getməyə başlayır. Bu zaman həmin şəxs hansı nevroloji xəstəliyə yaxındırsa, onunla çapalamağa başlayır.

2 – Pis yağlar ən çox beldə toplanır

Pis yağların ən asan toplaşdığı yer bədənin ortası – bel bölgəsidir. Bu hissədə orqanların bir-birinə yaxın olması ürəyə də ciddi ziyan verir. Yəni ürəyə ziyan olan hər şey beyin üçün zərərlidir. Karbohidratın qəbulu artdıqca bədəndə yağlanma da artmağa başlayır. Pis yağları sadəcə marqarin yeyərək deyil, pis qidalanaraq da yığa bilərsiniz. Qatqılı olan hər şey bura daxildir: fast food, cipsi, biskuvitlər, krakerlər.

Ona görə şirniyyat və karbohidratlı yeməkləri arxa planda tutmalı, onlar sadəcə xüsusi günlərdə və bayramlarda yeyilməlidir.

3 – Qəhvə

Məshulların içərisinə qoyulan MSG (Monosodyum glutamat – ləzzət artıran) insanların davamlı olaraq həmin qidalara yönəlməsinə səbəb olur. Qəhvədə belə MSG var. Bir anlıq düşünün ki, tərkibində MSG olan qəhvəni içən insanlarda hər gün o qəhvədən içmək istəyi yaranır. Bu isə ciddi şəkildə sağlamlıq problemlərinə yol açır.

Beyni qoruyan qidalar:

- Noxud, mərcimək;

- Sağlam şərtlər daxilində yetişdirilmiş taxıl;

- Bişirilmədən yeyilən meyvə, tərəvəz və salat;

- Həftədə ən azı 3 kasa fındıq, qoz və badam yemək;

- Qırmızı meyvələr: nar, kök, qırmızı üzüm;

- Qırmızı üzümü yeyərkən tumlarını dişlərinizin arasında əzərək yeməlisiniz. Beynin sağlamlığında və yaddaşsızlıqda son dərəcə əhəmiyyətlidir.

- Süd, qatıq, pendir yeməyi unutmayın. Günəş işığı və D vitamini də çox əhəmiyyətli faktordu. Günəşli havalarda qol və ayaqlarımızı çöldə uzadıb oturun. Bu, ən ucuz və ən təsirli müalicədir.

Beyni kiçildən faktorlar

1 – Stresli mühit: davamlı olaraq eyni şeyə köklənmək və o mövzuya uzun vaxt sərf etmək, buna baxmayaraq problemi həll edə bilməmək, həmin bölgənin işlək olmadığını ortaya qoyur.

2 – Bir istiqamətdə təhsil almaq, hər hansı xobbi və ya məşuliyyətin olmaması, fərqli həyat tərzinə qapalı olmaq insanın hər zaman beynin eyni bölgəsindən istifadə etməsinə səbəb olur. Beləliklə, həmin hissə bir müddətdən sonra yorulur.

3 – Hərəkətsizlik də beyni kiçildən ən vacib faktorlardan biridir. Gündə 10 min addım atmaq beyin sağlamlığına çox faydalıdır. Fiziki məşğuliyyət və incəsənətlə məşğul olmaq beyni qoruyur.

4 – Yaşlanmaq;

5 – Şirniyyat yemək;

6 – Səhv qidalanma;

7 – Piylənmə;

8 – Siqaret;

9 – Spirtli içki;

10 – Tiroid xəstələrinin bir çoxunun beynində də problemlər yaranır.

Firuzə Alimova / TurpKimi.com

REKLAM