Bu üsulla dişləriniz dərhal ağaracaq


Təbii və çox asan üsul...

bu-usulla-disleriniz-derhal-agaracaq
13.07.2019 17:17 1 dəq oxuma

Gündəlik həyatda münasibət qurarkən, yaxud xarici görünüşümüzə əhəmiyyət verərkən dişlərimiz də diqqət çəkir. Dişlərimizin sağlam olmaması, xüsusilə də sarı görünməsi xoşagəlməz haldır. Ona görə də hər zaman dişlərimizin təmizliyinə, baxımına xüsusi əhəmiyyət verməliyik.

Dişləri ağartmağın bir çox təbii üsulu var. Lakin bunlar arasında çərəz suyu ən güclü təsirə malik üsul kimi qəbul edilir.

Dişlərdə zamanla yaranan ləkələr təmizlənməsə həm görüntü olaraq daim sizi narahat edəcək, həm də sağlamlıq cəhətdən böyük problemlər yaşamanıza səbəb olacaq. Yaşanacaq problemlər isə ən çox infeksiya və diş iltihabı xəstəlikləridir.

TurpKimi.com təqdim edəcəyi üsulu evdə dişlərinizə asanlıqla tətbiq edib sağlam gülüş əldə edə bilərsiniz.

Çərəz suyu üçün lazım olanlar:

40 qram qoz qabığı

200 ml su

Hazırlanması:

Qozun qabıqlarını 25 dəqiqə suda qaynadın. Qaynadıqdan sonra ocağın üzərindən götürün və soyumasını gözləyin.

İstifadəsi:

- Diş fırçanızı hazırladığınız suya batırın və təqribən 10 dəqiqə içində saxlayın.

- Daha sonra dişlərinizi həmin fırça ilə 3 dəqiqə fırçalayın.

- Bu 3 dəqiqə ərzində hərdən fırçanızı hazırladığınız suya batırıb fırçalamağa davam edin.

- Qarışımı gündə 3 dəfə tətbiq edin. Hər gün edəcəyiniz bu baxım üçün təzə çərəz suyu hazırlamaq lazımdır. Davamlı olaraq dişlərinizi bu şəkildə fırçalasanız ağardığını görəcəksiniz.

Firuzə Alimova / TurpKimi.com