İnsanın sağlam və uzun ömürlü olması doğulduğu aydan asılıdır - Alimlərin son araşdırması


Hətta başın ölçüsü də insan ömründə mühüm rol oyayır...

insanin-saglam-ve-uzun-omurlu-olmasi-doguldugu-aydan-asilidir
14.10.2019 00:07 2 dəq oxuma

Amerikalı alimlər müəyyən ediblər ki, insanın doğulduğu ay onun taleyinə, sağlamlığına və uzunömürlülüyünə təsir edir.

TurpKimi.com "news-fansy.com"a istinadla xəbər verir ki, payız fəslində doğulan insanların 40 faizi qocalıq yaşına qədər yaşayır. Yazda doğulanlar isə daha az şanslıdır. Qışda doğulan insanlar şizofreniyanın inkişafına daha çox meyillidirlər. Yayda doğulanlarla müqayisədə bu insanlar allergiya və miyopi xəstəliyindən daha az əziyyət çəkirlər.

Bundan başqa, alimlərlərin iddiasına görə, dərs ilinin əvvəlində dünyaya gələn uşaqlar təhsildə uğur qazanır.

Müəyyən edilib ki, başın ölçüsü də ömrün uzun və ya qısa olmasına təsir edir. Düzdür, bu günə qədər yalnız heyvanlar üzərində aparılan araşdırmalarda belə bir fikrə gəliblər. Məsələn, böyük başa, buynuza malik olan qadın cinsli marallar digər həmcinslərindən daha az yaşayır. Həmçinin alimlər kəllə sümüyünün genetik miras olduğunu aşkar ediblər. Bu çox vacibdir, çünki bu parametrlər beynin ölçü və intellekti ilə birbaşa əlaqəlidir. Bu barədə elmi məqalə “Royal Society Open Science” jurnalında dərc olunub.

Əvvəl alimlər əhval-ruhiyyənin insan həyatına və illərinə təsir etdiyini bildirirdilər. Optimist olmaq və hər şeyin yaxşı olacağına ürəkdən inandıqda hər şey gözəl də yaşanacaq. Yəni, özünü xəstəlik və yoxsulluq üzərində proqramlaşdırsan, belə bir nəticənin yaşanması qaçılmazdır.

Qadınların ömürləri xromosomların ucundakı quyruq adlanan telomerlərin uzunluğu ilə müəyyən edilir. Alimlərin izahına görə, telomerlər insan bədənindəki DNT-ni zərərlərdən qoruyan  hər hüceyrənin nüvəsində yerləşən xromosomların uclarıdır. Hər dəfə bölünmə zamanı onlar daha da qısalırlar. Uzunluqları kifayət etmədikdə hüceyrə ölür.

Bir müddət əvvəl alimlər kəşf ediblər ki, telomerlərin uzunluğu və keyfiyyəti təkcə yaşla deyil, stress, depresiya və yoxsulluq zamanı orqanizmdə gedən müxtəlif proseslər nəticəsində dəyişə bilir. Xüsusilə, hüceyrələrdə çoxlu sayda oksidan və digər aqressiv malekulların olması anomal dərəcədə telomerlərin uzunluğunun azalmasına və sürətlə yaşlanmasına səbəb olur.

Firuzə Alimova / TurpKimi.com