REKLAM

Hansı məhsulların geni dəyişdirilib? - Siyahı


Geni modifikasiya olunmuş bitki növlərinin Siyahısı: 

news
REKLAM

Bəzən saxta reytinq üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğunu bildirən "ekspert"lər nəzərə almalıdırlar ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmayıb. 

Qeyd olunub ki, Avropa komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Hal-hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur 

Geni modifikasiya olunmuş bitki növlərinin Siyahısı: 

1 Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ 
2 Yemiş (Cucumis melo) ABŞ 
3 Alma (Malus x Domestica) Kanada, ABŞ 
4 Kartof (Solanum tuberosum L) Rusiya 
5 Əkin yoncası (Medicago sativa) 
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ 
6 Lobya (Phaseolus vulgaris) Brazilya 
7 Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland 
8 Badımcan (Solanum melongena) Bangladeş 
9 Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ 
10 Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya 
11 Gavalı (Prunus domestica) ABŞ 
12 Raps (Brassica rapa) Kanada 
13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ 
14 Qızıl gül (Rosa hybrida) 
Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ 
15 Saflor (Carthamus tinctorius L.) Avstraliya 
16 Soya (Glycine max L.) 
Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam 
17 Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ 
18 Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ 
19 Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ 
20 Şirin bibər (Capsicum annuum) Çin 
21 Tütün (Nicotiana tabacum L.) AB, ABŞ 
22 Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ 
23 Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ 
24 Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç 
25 Adi kasnı (Cichorium intybus) ABŞ 
26 Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ 
27 Evkalipt (Eucalyptus sp.) Brazilya 
28 Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ 
29 Petunya (Petunia hybrida) Çin 
30 Qovaq (Populus sp.) Çin 

REKLAM