Qəhvə içərək siqaret çəkənlər - Sizə aiddir


Nikotin ilə kofein bir yerdə qəbul edildikdə,  insan sağlamlığına daha çox zərər verir. 

qehve-icerek-siqaret-cekenler
12.04.2019 13:04 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, qəhvə və siqaretin birlikdə istehlak edilməsinin səbəbi əsasən sosial vərdişlərdir. Nikotin ilə kofein bir yerdə istifadə edildikdə beyində bir-birini tətikləyən asılılıq zənciri meydana gəlir. Ona görə də siqareti tərgidən  insanlar həddindən artıq kofein istehlakından yayınmalıdırlar. 

 Asılılıq yaradır

 Nikotin və kofein birləşəndə asılılıq yaratma ehtimalı daha çoxdur. Gündə 700 milliqramdan artıq kofein qəbulu asılılıq yarada bilər. Bu da təxminən 2-3 fincan qəhvə və 7-8 stəkan çaya bərabərdir. Asılılığı olan insanlar "qəhvə içməsəm, oyana bilmirəm"  ifadəsini tez-tez işlədirlər  və gün ərzində boş vaxtlarında kofeinli içkilər istehlak edirlər.

Yetərli tədbir görülmədikdə, baş ağrısı, yorğunluq, yuxusuzluq, ya da yuxululuq, müvazinət çatışmazlığı,enerji  itkisi kimi əlamətləri ortaya çıxa bilər. Bundan əlavə depressiya, xora xəstəlikləri və ürək döyüntüsünün artması kimi  ciddi sağlamlıq problemləri yarana bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com