REKLAM

Hansı bədən tipinə aidsiz? - Ürək xəstəliklərinə meyilli qadınlar bu cürdür


Araşdırmalara görə, ürək xəstəlikləri və diabetə tutulma riskini bədən deyil, bədənin forması təyin edir. Bəs hansı bədən tipləri bu xəstəliklərə daha meyillidir?

news
REKLAM

TurpKimi.com xəbər verir ki, aparılan araşdırmalara görə, bədən formanız ürək xəstəliklərinə və diabetə tutulma riskinizi təyin edir.

430 min insan arasında aparılan araşdırmalara görə, armud bədən formasına malik insanlarda belə riskin daha az olduğu məlum olub.

Bədəninin orta hissəsi daha yumru olan, alma bədən tipinə malik şəxslərin təzyiq, xolesterin, xroniki ürək xəstəliyi və 2-ci tip diabet riski daha yüksəkdir. Köklüyə daha meylli olan, alma ya oxşar bədənə sahib olanlar eyni zamanda insulin intoleransı riski daşıyır.

 

Mütəxəssislərin bildirdiyinə görə, budda yox,  bel ətrafında toplanan yağlar həyatı orqanlara yayılır.

Bu yağlar, təzyiq, xolesterin və qanda şəkərin səviyyəsinə təsir edən hormonlar və digər kimyəvi maddələr istehsal edir. Nəticədə  isə ürək xəstəlikləri, şəkər və iflic riskini artırır.

Vüsalə Əlövsətqızı, Turpkimi.com

REKLAM