REKLAM

Yatarkən sizi xəstəlikdən xilas edəcək - 9 YUXU FORMASI


Yuxu sağlam, gümrah olmaq, məhsuldar və dəyərli yaşamaq üçün vacibdir.

news
REKLAM

Məlumdur ki, sağlam yuxu 7-9 saat davam etməlidir. Mütəxəssislər bildirirlər ki, yuxu zamanı xüsusi vəziyyətlərdə yatmaq beldə və boyunda ağrıları azaldır, yaxud bəzi xəstəliklərdən xilas olmağa kömək edir.

TurpKimi.com yatarkən 9 xəstəlikdən xilas olmağın üsullarını təqdim edir:

1 – Beliniz ağrayırsa…

Əgər beliniz ağrayırsa, ağrılarınızı azaltmaq və ya yüngülləşdirmək üçün düzgün yatmaq lazımdır. Bunun üçün beli üstə yatın və dizlərinizin altına balaca yastıq qoyun. Həmçinin belinizin altına bükülmüş yumşaq dəsmal qoya bilərsiniz.

2 – Çiyin sümüklərinizdə ağrı varsa…

İlk olaraq ağrayan tərəfdə deyil, sağlam tərəfi üstə yatdığınıza əmin olun. Ayaqlarınızı bükün və yastığı qucaqlayın, daha bir yastığı isə iki dizinizin arasına qoyun.

Hər iki çiyni ağrayan insanlar isə əllərini yanlara açaraq beli üstə uzansın.

3 – Soyuqdəyməniz varsa…

Sizin sinüzit kimi probleminiz varsa, yuxu mövqeyiniz sizin vəziyyətinizi yüngülləşdirə və ya ağırlaşdıra bilər. Bu zaman başınız bir qədər yuxarıda yatın. Başınız aşağı olsa gecə vaxtı burnunuzdan tökülən axıntı yığılıb qalacaq və sizi boğmağa başlayacaq. Ona görə də başınızı hündür yastığa qoyun.

4 – Baş ağrılarında…

Beli üstə yatmaq və gecə boynun əyri düşməməsi üçün başı yastıqlarla əhatələndirmək lazımdır.

5 – Aybaşı ağrıları zamanı…

Bu ağrıları azaltmaq və rahat yatmaq üçün beli üstə uzanın, dizlərinizin altına isə yastıq qoyun ki, onurğa sütunu əyilməsin.

6 – Yüksək təzyiq zamanı…

Mütəxəssislərin apardığı araşdırma zamanı məlum olub ki, yüksək təzyiq problemi olan insanlar üzü aşağı yatarkən qan təzyiqi aşağı düşür.

7 – Həzm sistemində problem varsa…

Sol tərəfi üstə yatmaq həzmi sürətləndirir. Amma yaxşı olardı ki, yatarkən iki dizin arasına yastıq qoyasınız.

8 – Boynunuz ağrayırsa…

Dəsmal boynunuzdakı ağrıları yüngülləşdirəcək. Yatmazdan əvvəl dəsmalı yumurlayaraq boynunuzun arxasına qoyun. Bu dəstək boynunuzu tam təmin edəcək. Hətta yumurlanmış dəsmalın açılmaması üçün yastığın içinə də yerləşdirə bilərsiniz.

9 – Mədənizdə yanğı varsa…

Mədəsində yanğı olanlar bilir ki, bu xoşagələn hiss deyil. Yaxşı olar ki, bu zaman sol tərəfi üstə yatasınız.

Yatarkən istifadə edəcəyiniz bu 9 üsul sizə çətin və ağrılı vəziyyətlərdə sağlamlığınızın qeydinə qalmağa kömək edəcək.

Sizə sağlam yuxu diləyirik!

Firuzə Alimova

REKLAM