REKLAM

Diqqət! - Bu göstəricilər varsa, bədəniniz işğal altındadır


Orqanizmə yığılan zəhərli maddələrin göstəriciləri...

news
REKLAM

Yorğunluq, stress və yuxusuzluq kimi əksəriyyətin tez-tez şikayətləndiyi sağlamlıq problemlərinin başlıca səbəbi bədəndə yığılıb qalan toksinlərdir. Bir çox xəstəliyin başında duran toksinlər orqanizmdə necə toplanır? Bədəndə toksinlərin olduğunu bildirən göstəricilər nələrdi? Toksinlər daha çox hansı orqanda yığılır?

TurpKimi.com türk mediasına istinadən bildirir ki, toksinlər ətraf mühit amillərindən dolayı orqanizmdə yığılır. Qara ciyər, bağırsaq, damar, limfa vəzləri, tüpürcək vəzləri və ağ ciyərlərdə toksinlər yığılaraq ciddi sağlamlıq problemlərinə şərait yaradır. Toksinlər hüceyrələrin özlərini yeniləməsinə izin vermir və zərərli bakteriyalardan ibarət olur.

Bəzi xəstələr toksinlərdən dolayı kökəldiklərinin fərqinə varmazlar. Bədən toksinləri çölə atmaq üçün qara ciyərin köməyinə ehtiyac duyar, ancaq toksinləri bədəndən atan sistemin deformasiyaya uğraması onların yığılmasına səbəb olur.

Orqanizmdə toksinlərin yığıldığına işarə edən göstəricilər:

- Davamlı olaraq özünüzü yorğun, yuxusuz və halsız hiss etməniz toksinlərin yığıldığını göstərən göstəricilər arasında ən çox yayılanıdı. Yuxudan oyandıqdan sonra yaşanan halsızlıq bədənin gecə boyu toksinləri atmadığını göstərir. Ona görə də gün ərzində yorğunluğun qarşısını almaq üçün qəhvə, çay və şokolad kimi qidalara əl atırıq. Lakin bu qidalardan çox istifadə bədəndəki zəhərli maddələri daha da artırır. Bu isə immun sistemində ciddi problemlərə yol açır.

- Şişkinlik, həzmsizlik, köp, qəbzlik və dəhşətli mədə-bağırsaq ağrıları orqanizmdə toksinlərin olduğunu göstərir. Bədəndə yığılan zəhərli maddələr nəcis və sidik yolu ilə çölə atılır. Lakin bu mövzuda qarşılaşılacaq hər hansı deformasiya toksinlərin toplanması üçün münbit şərait yaradacaq.

- Hər ötən gün baş ağrılarının artması da toksinlərin yığıldığına işarə edir. Sağlamlığa olduqca təsir edən toksinlər sinirlərin orqanizmə rahat şəkildə siqnal göndərməsinə mane olur. Beyin siqnalları ala bilmədiyi üçün narahatedici baş ağrıları yaşanır.

- Birdən-birə kökəlmək də bədəndə zəhərli maddələrin olduğuna işarədi. Qara ciyərin toksinləri təmizləməməsi orqanizmin piylənməsinə və kökəlməyə səbəb olur.

- Hormonal sistemə də zərər verən toksinləri mütləq bədəndən atmaq lazımdır. Toksinlər hormonların artmasına mane olduğu üçün ruhi xəstəliklərin yaşanma ehtimalını artırır. Xüsusilə də əsəbilik, stress və depressiya kifayət qədər hormon ifraz olunmadıqda üzə çıxır.

- Toksinlərin ən rahat toplandığı yerlərdən biri əzələlərdir. Əzələlərdə yığılan toksinlər tıxanma və ağrılara yol açır. Bundan başqa, əzələ zəifliyinə və əzələ xəstəliklərinə gəririb çıxarır.

- Cilddəki qüsurların əsas səbəbi toksinlərdir. Qara ciyərdə yığılıb qalan toksinlər üzə sivilcə və qara nöqtələr çıxarır. Bununla yanaşı, dərinin elastikliyini itirərək qocalmanı və üzdəki qırışların çıxalmasını sürətləndirir.

Firuzə Alimova / TurpKimi.com

REKLAM