Zərif və formada qalan qadınların sirri nədədir? - Siz də bacara bilərsiz!


Türkiyəli diyetoloq Burcu İnce həmişə formada qalmağın sirrini qadınlarla bölüşüb. 

zerif-ve-formada-qalan-qadinlarin-sirri-nededir
04.12.2022 19:26 2 dəq oxuma

Tez-tez müxtəlif pəhrizləri sınaqdan keçirtməyinizə baxmayaraq formaya düşə,  artıq çəkilərinizdən xilas ola bilmirsiz. Hətta itirdiyiniz çəkini tez bir zamanda geri qazanırsınız. 

Siz gün boyu yarı ac gəzərkən bəzi qadınların heç diyet saxlamadan uzun illər formada qalmalarının bir sirri olmalıdır. 

TurpKimi.com uzun müddət heç bir diyet saxlamadan formada qalmağın sirrini təqdim edir:

TEZ-TEZ VƏ AZ-AZ YEYİRLƏR

Maddələr mübadiləsinin  yaxşı işləməsi üçün ac qalmamalıyıq. Bunun üçün gündə üç əsas pay və  üç ara pay qida qəbul edilməlidir. Beləcə ac qalmadan maddələr mübadiləsi sürətlənəcək.

YAĞLI QİDA YEMƏYİN

Yağlı qidalardan uzaq durun.  Yağ və karbohidrat miqdarı yüksək olan qidalar insanı tez acdırır. 

AŞAĞI GLİSEMİK İNDEKS

Kartof, düyü plovu, ağ çörək və bal kimi qan şəkərini sürətlə yüksəldən və anidən iştah artımına səbəb olan yüksək qlisemik indeksli qidalardan qaçın.

BİŞİRMƏ ŞƏKLİNƏ DİQQƏT

Qızartmaları ayda bir, ya da iki dəfə ilə məhdudlaşdırın. Bunun yerinə soyutma və ya sobada bişirilən yeməklər yeyin. 

ŞORBA VƏ SALAT YEYİN

Yeməkdən əvvəl yeyilən şorba və ya salat aclıq hissini azaldar. Beləcə əsas yeməyin daha az yeyilməsini təmin edər. Təbii ki kremli və yağlı şorbaları seçməmək lazımdır. 

BALANSLI BƏSLƏNİN

Hər qida qrupunu bərabər olaraq istehlak etmək formada qalmaq üçün əhəmiyyətlidir. Heç bir şeydən çox yeməsəz bədəninizin də tarazlığını pozmamış olarsınız!

İÇKİLƏR

İçkilər kalorili qidalar qədər təhlükəlidir. Spirtdən və qazlı içkilərdən mümkün olduqca uzaq durmaq lazımdır.

PAY ARALARI ÇOX ƏHƏMİYYƏTLİDİR

Atışdırdığınız şeylərə diqqət: İki saatdan bir ara pay yeyin. Ara paylarda bir boşqab meyvə, bir stəkan süd, ya da ayran; təxminən 10 quru meyvə tox qalmanızı təmin edər. Bir anda acıb həddindən artıq kalorili şeylər yeməzsiniz. 

Çöldə yemək: İş yeməkləri, dəvətlər və çöldə yeyilən yeməklər ciddi bir imtahandır. İlk olaraq qızartmalardan və souslu yeməklərdən uzaq durun. Salat yemək sizi çörək yeməkdən qoruyar.

NİZAMLI OLARAQ İDMANLA MƏŞĞUL OLUN VƏ HƏFTƏDƏ BİR  DƏFƏ ÖZÜNÜZÜ ÇƏKİN

İdman etməyi unutmayın. Nizamlı olaraq idman etmək çəkini azaldır və  möhkəmlənməyə və formada qalmağa köməkçi olur. Formada olan qadınlar da  həftənin ən azı 2 günü idmanla məşğul olmağa  əsla laqeyd yanaşmırlar.

Həftədə bir dəfə özünüzü çəkin: Kilonuzu nizamlı olaraq izləmək sizə ciddi bir motivasiya verir.Unutmayın bir ya da iki kilonu belə göz ardı etməmək lazımdır.  Hər vaxt eyni saatlarda tərəziyə çıxmağı unutmayın.

Bol-bol su için.  Bədəni bir qab kimi düşünsək,  bu qabın 60-70 faizini su təşkil edər. Su içməyə əhəmiyyət verilmədiyi təqdirdə, bədəndəki yağ miqdarı artır. Zərif qadınlar buna görə də gündə 10-12 stəkan su içməyə əsla laqeyd yanaşmır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-12-2021