Qarnında köp olanlar - Qurtulmaq üçün 4 yolunuz var


Köpdən əziyyət çəkənlər hansı səhvə yol verir?

qarninda-kop-olanlar
08.06.2021 13:00 2 dəq oxuma

Qarında köp qətiyyən xoş olan bir hiss deyil. Ən pis tərəfi odur ki, çox vaxt buna nəyin səbəb olduğunu belə bilmirik.

TurpKimi.com türk mediasına istinadla bildirir ki, köp qarın bölgəsində hava və ya qazın artmasında qaynaqlanır, sərtlik, şişmə və ağrı hissinə səbəb olur. Normal vaxtlarda əyninizə olan paltarın köp olarkən qarnınızı sıxdığını hiss edirsiniz.

Bu problemin arxasında bəzi sirlər olsa da, şişkinlikdən qaçmaq üçün bəzi ipuclarını sizinlə paylaşırıq.

Çoxlu su için

Gün ərzində su içmək çox vacibdir. Susuz qalmaq şişkinliyə səbəb olur. İçdiyiniz su isə gecikmiş mədə boşalmasına yol açır.

Laktoza tərkibli qidalara fikir verin!

Bəzi insanlar laktoza ilə bağlı hər hansı problem yaşamasa da, laktoza dözümsüzlüyü olanlar dondurma, qatıq, süd kimi məhsullar yedikdə və ya içdikdən sonra özlərini şişkin hiss edə bilərlər. Əgər laktoza tərkibli qidalar qəbul etdikdən sonra köpünüz olursa, yeməzdən əvvəl laktoza həbləri və damcıları istifadə edə və ya qidalanma rasionunuzdan laktozu tamamilə çıxardaraq bu problemin qarşısını ala bilərsiniz.

Meyvə yeyərkən həddi keçməyin

Meyvə faydalıdır, ancaq bağırsaqlarda problemlər varsa,     fruktozaya qarşı çox həssaslıq yaşanar. Ona görə də yediyiniz meyvənin miqdarına diqqət edin. Növbəti dəfə daha az meyvə yeməyə və ya meyvəni yoqurtla birlikdə yeməyə çalışın.

Yemək yeyərkən ağzınızı bağlı saxlayın

“Nə?” - deyə, çox təəccüblənə və bu sizə mənasız gələ bilər. Ancaq yemək yeyərkən daha çox hava almaq şişkinliyə yol açır. Hətta çox tez-tez yemək,  pipetdən istifadə etmək və ya saqqız çeynəyərkən ağzı çox açıq saxlamaq orqanizmə daha çox havanın girməsinə, bu da köpə səbəb olur. Odur ki, asta yeməyə və ağzınızı qapalı tutmağa çalışın.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 06-07-2019