REKLAM

Qadınların ən çox geyindiyi babet ayaqqabıların - ZƏRƏRLƏRİ


Rahat görünən bu ayaqqabıları geyinməklə sağlamlığınızı korlayırsınız.

news
REKLAM

Uzun illərdən sonra nəhayət, yüksək dabanlı ayaqqabıların sağlamlığa zərərli olması qəbul edildi. Lakin son zamanlardı getdikcə artan və qadınların sevdiyi ayaqqabı modellərindən birinə çevrilən babetlərin ziyanları haqda cəmiyyət məlumatsızdır.

TurpKimi.com bildirir ki, türkiyəli mütəxəssis Op.Dr. Mustafa Serkan Zaimoğlu bu gün qadınların ən çox geyindiyi babet ayaqqabıların ayaq sağlamlığına göstərdiyi təsirlərindən danışıb.

- İdeal ayaqqabının daban yüksəkliyi 3-5 sm arasında olmalıdır. Ayaqqabıda mütləq iç daban və iç dabanın da ayağın altındakı boşluğu dəstəkləyən yüksəklik olmalıdır.

- Ayaqqabının çöl tərəfində mütləq daban olmalıdır.

- Ayaqqabının önü və yanları dar olmamalı, barmaqlar yan və üst tərəfdən rahat hərəkət edə bilməlidir.

- Ayaqqabı seçərkən ayaqqabılar ayağa tam oturmalı, xüsusilə də topuq hissəsi ayağı rahat tutmalıdır.

- Sintetik materialdan olan məhsullar alınmamalı, mümkünsə dəridən olan ayaqqabılar geyinilsin.

- Babet ayaqqabıların iç dabanı düzdür, gəzərkən bütün yükün topuğa düşməsinə səbəb olur. Xarici daban isə çox incə və adətən sərt materialdan hazırlanır. Ona görə də yeriyərkən sürtünmə artır. Babet ayaqqabıların qabaq hissəsi dar olduğu üçün ayaq barmaqlar sıxılır və hərəkətsiz qalır. Həmçinin babet ayaqqabılar ayaqları üstdən və yanlardan bərk tuta bilmədiyi üçün topuqlara dəstək ola bilmirlər.

Op.Dr. Zaimoğlu uzun müddət babet geyildiyi zaman ortaya çıxa biləcək problemləri bu ardıcıllıqla qeyd edib:

*Ayaq, topuq və bədənin digər hissələrinə təsir edəcək xəstəliklərə səbəb olur.

*Topuğa düşən yüklənmədən dolayı daban mahmızı xəstəliyinə səbəb olur.

*Dabandakı elastikliyi qoruyan bağ toxumasının iltihablanmasına, hətta yırtılmasına səbəb olur.

*Uzun müddət geyindikdən sonra ayağın altındakı çuxura zərər verərək dabanın çökməsinə, hətta düzdabanlığa gətirib çıxarır.

*Topuğu kifayət qədər dəstəkləmədiyi üçün burxulma və yaralanmalara səbəb olur.

*Ayaq barmaqlarının sıxılması nəticəsində dırnaq batmasına, ayaq barmaqlarında əyilmələrə, formasının dəyişməsinə və sümük çıxıntıların yaranmasına, baş barmaqların əyilməsinə yol açır.

*Babet ayaqqabıların dabanları nazik olduğu üçün ayaqda mazol yaranır.

*Gəzərkən topuqda daha çox yüklənməyə səbəb olduğu üçün yerişi pozar, diz, çanaq və bel ağrılarına səbəb olur. Uzun müddət geyindikdə dizlərdə duzlaşmaya gətirib çıxarır.

Türkiyəli həkim ən çox yaz-yay aylarında geyinilən bu ayaqqabıların həyatınızdan tamamilə çıxarmalı olduğunuzu bildirir və bir məsləhəti də qeyd edir:

“Babət geyinərkən ayaqlarınızın sağlamlığını təhlükə altında qoymaq istəmirsinizsə, ayaqqabının içərisinə ortopedik daban yerləşdirməyi unutmayın. Bu ayaqqabıları davamlı deyil, ara verərək geyinməyi məsləhət görürəm”.

Firuzə Alimova / TurpKimi.com

REKLAM