Xəstəliklərin 13 faizi bu mineral çatışmadıqda yaranır - Təzyiq və ürək xəstəliklərinin əsl səbəbi


Sağlamlıq üzrə mütəxəssislər orqanizmin düçar olduğu xəstəliklərin 13%-nin maqnezium çatışmazlığından yarandığını təsbit edib.

xesteliklerin-13-faizi-bu-mineral-catismadiqda-yaranir
22.05.2019 23:25 4 dəq oxuma

Maqnezium vücudumuz üçün vacib olan 11 mineraldan biridir.

TurpKimi.com xəbər verir ki, insan orqanizmində maqneziumun yetərli olmaması əsəbilik, stress, zehni zəiflik, iştahsızlıq, depressiya, əzələlərdə qıcolma, ürək döyüntüsünün zəifləməsi, sinir siteminin pozulması, halsızlıq, solğunluq və s. kimi problemlər yaradır.

Sən nəymişsən, maqnezium...

Bu elementin köməyi ilə bədəndə yediklərimizin enerjiyə çevrilməsi prosesi baş verir, maddələr mübadiləsi gedir. Əzələ və sinir funksiyalarının icra edilməsi, sümüyün gücləndirilməsi, ürək döyüntülərinin nizama salınması və s. proseslərdə  maqnezium vacib rol oynayır.

Orqanizm maqneziuma olan ehtiyacını əsasən mineral sulardan alır. İnsan orqanizmində 300-dən artıq biokimyəvi reaksiyalar baş verir. Bütün bu proseslərdə maqnezium önəmli rol oynayır. Maqnezium qan təzyiqinin təşkilində əhəmiyyətli rol oynayır. Kalium, kalsium və maqneziumdan zəngin, natrium və yağdan kasıb diyetlə bəslənənlərdə qan təzyiqində düşmələrə rast gəlinib.

Çox olması da  zərərlidir

Maqneziumun miqdarını orqanizm sağlam olarsa, özü müəyyənləşdirə bilir. Böyrəklərin fəaliyyətində problem yarandıqda, xüsusilə yaşlılarda maqnezium ifraz edilə bilmir və bu da eynilə maqnezium çatışmadıqda yaranan xəstəliklərə yenidən səbəb olur. Məsələn, iştahsızlıq, zehni zəiflik, qan təzyiqinin aşağı olması, halsızlıq, təngənəfəslik və s.



Maqneziuma daha çox ehtiyacı olanlar

Stresdən əziyyət çəkənlər, hamilələr, ağır idman növü ilə məşğul olanlar, həddindən artıq spirtli içki qəbul edən və siqaret çəkənlərin maqneziuma daha çox ehtiyacı olur. Spirt maqneziumun böyrəklərdən daha çox ifraz edilməsini artırır. Orqanizmdə maqnezium çatışmadıqda qanda  laxtalanma faizi daha yüksək olur. Bu da ümumilikdə ürək və damar xəstəliklərinin bünövrəsini qoymuş olur. Maqnezium ürək xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Bu mineral ürəyin daha az enerji və oksigen istifadə etməsini təmin edir.  

Maqnezium kalsiumla birləşərək anti-stress təsir göstərir. Bu təbii birləşmə insanı sakitləşdirir. Hamilə qadınlarda maqneziumun çatışmazlığı nəticəsində erkən doğum halları daha çox olur. Körpələrinə süd verən analar xüsusilə bu mineralı normada qəbul etməlidirlər.

İdmançılar üçün bu element daha vacibdir. Çünki maqnezium əzələ sıxılması və karbohidratların enerjiyə çevrilməsi prosesinə  nəzarət edən bir mineraldır. Məşqlərdə tez yorulma, performansda azalma, şiddətli əzələ qıcolmaları və spazmları maqnezium çatışmazlığından yaranır.

İndi bunu tapmaq da çətindir

İndiki zamanda maqneziumun alınması getdikcə çətinləşir. Çünki bitkilərin daşıdığı maqnezium miqdarı sürətlə azalır. Kaliumlu gübrələr və turşulu yağışlar torpağın və nəticədə bitkilərin maqnezium həcmini azaltmaqdadır. Yanlış qidalanma və sərt suların yerinə yenidən istehsal edilmiş suların qəbul edilməsi də maqnezium alışını azaldan amillərdəndir.

Həddindən artıq sinkin qəbul edilməsi də orqanizmdə maqneziumun miqdarını aşağı salır. Spirtli içkilər, siqaret diabetik dərmanlar, bəzi antibiotiklər orqanizmdə daha çox maqnezium itkisinə səbəb olur. Bu da sağlamlıq üçün zərəlidir.


 

Gündəlik maqnezium ehtiyacı nə qədərdir?

Bədənimizdəki təxminən 20-28 qr maqneziumun 60%-i sümük və dişlərimizdə, 49%-i əzələlərimizdə var. Qanda isə maqneziumun cəmi  1%-i var.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, insanın maqneziuma olan gündəlik ehtiyacı 300 milliqramdır. Bu ehtiyacın qarşılanmaması hətta ölümə belə səbəb ola bilir.

İnsanın maqneziuma olan ehtiyacı onun kimliyindən, yaşından və vəziyyətindən asılı olaraq dəyişir. "National İnstutites of Health"  gündəlik maqnezium ehtiyacını aşağıdakı şəkildə müəyyən edib:

Yaş         Kişi     Qadın     Hamilələr     Körpəyə Süd verənlər
14 - 18    410 mq     360 mq    400 mq      360 mq
19 - 30    400 mq     310 mq    350 mq      310 mq
31 +        420 mq     320 mq    360 mq       320 mq


Hansı məhsullarda maqnezium var?

Maqneziuma olan  ehtiyac həblər və mineral suların qəbulu ilə ödənilə bilər. Dəniz suyunda da bu mineralın miqdarı yetərincədir. Sərt sularda element daha çox, şirin sularda isə nisbətən azdır. Təbii qidalarda da bu vitamin boldur. Məsələn, badam, fındıq, çəyirdəkli meyvələr, soya, paxla, üyüdülməmiş taxıl məhsulları (çünki unun üyüdülməsi zamanı bu mineral qabıq və kəpəklə bərabər atılır), kəpək, boranı çəyirdəyi, partlamış qarğıdalı, bütünlüklə taxıldan hazırlanmış çörək və tünd yaşıl rəngli tərəvəz və meyvələrdə çoxlu maqnezium vardır. Fındığın 100 qramında 180 mq maqneziumla yanaşı kalsium, fosfor və sink də vardır.

İspanaq kimi yaşıl tərəvəzlərin tərkibində çoxlu xlorofil dənəcikləri olduğu üçün bol maqnezium qaynağıdır. Banan, avakado, kakao, dil balığında da bu mineral tapılmaqdadır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com