REKLAM

Kondinsionerin insan sağlamlığına 10 zərəri - Hansı xəstəlikləri yayır?


Diqqət! İsti havalarda sərinlənərkən sağlamlığınızdan olmayın!

news
REKLAM

Birbaşa kondisioner havasına məruz qalmaq, yatarkən açıq qoymaq və mühiti havalandırmamaq kondisionerdən şüursuz istifadə üsuludu.

Kondisionerin ani istilik və nəm dəyişiklikləri tənəffüs sisteminə təsir edir. Dəri və göz kimi həssas bölgələrin qurumasına səbəb olur. Gün ərzində dayanmadan işləyən kondisionerlər səs-küyə, allergik feaksiyalara, xroniki rinit, farengit, boğaz ağrısı və səs tutulmasının yaranmasına səbəb olur.

Müxtəlif mikroorqanizm və göbələklər kondisioner yolu ilə insana yoluxa bilir. Bunun nəticəsində astma, bronxit və digər ağ ciyər xəstəliyi olan insanlarda asanlıqla ağ ciyər infeksiyaları, nəfəs darlığı, nəfəs alıb-verərkən fısıltının eşidilməsi və ya digər tənəffüs problemlərini ortaya çıxarır.

KONDİSİONERİN  YOL  AÇDIĞI  BƏZİ  XƏSTƏLİKLƏR

- Kondisioner şoku

- Kondisioner qızdırması

- Allergik pnevmoniya

- Soyuqdəymə, qrip, sinüzit

- Bronxit, astma

- Qulaq, burun, boğaz iltihablanması

- Baş və əzələ ağrıları

- Revmatik xəstəliklər

- Faringit

Yayın dözülməz isti havalarında kondisionerin xəstəlik səbəbi olmaması üçün bəzi tədbirlər görərək özümüzü qoruya bilərik. Avtomobil və evlərdəki kondisionerlərin birbaşa üzə və döş qəfəsinə vurmayacaq şəkildə tənzimlənməsi, ev və iş yerlərində kondisionerlərin filtrlərinin təmizlənməsi çox vacibdir.

KONDİSİONERİN  SAĞLAMLIĞA  10  ZƏRƏRİ

1 – Kondisionerlərin nəm və buxarlı sistemlərində bəzi bakteriya, göbələk və mikroblar olur. Kondisioner otağa hava verərkən bu orqanizmləri də ətrafa yayır. Bu zərərli orqanizmlər insan bədəninə daxil olduqda tənəffüs yolları olmaqla bir çox orqanlarda xəsətliklərə yol açır. Bu xəstəliklər immun sistemini zəiflədir, bədənin müqavimətini azaldır və digər xəstəliklərin yaranmasına səbəb olur.

2 – Allergik xəstəliklərin başlıca səbəbkarı kondisionerlərdi.

3 – Düzgün dərəcələrdə istifadə edilmədikdə bədənin  istilik balansını pozaraq kökəldir.

4 – Başqa insanlardan yayılan keçici mikrobları alaraq daha geniş sahələrə yayılmasına səbəb olur.

5 – Eyni anda 1-dən çox insan kondisionerlərin yaydığı mikrob və bakteriyalara məruz qala bilir.

6 – Kondisionerlərdə olan keyfiyyətsiz filtrlərdə bakteriya, kif, göbələk və müxtəlif mikrobların yaranması üçün münbit şərait vardır.

7 – Kondisionerlərin yol açdığı quru hava dərini deformasiya edir, dəridə quruluq, çat yaradır və dərinin sallanmasına, büzüşməsinə yol açır.

8 – Kondisionerin birbaşa havasına məruz qaldıqda ani əzələ tutulmaları, ağrılar və üz iflici kimi ciddi problemlər yaşana bilər.

9 – Rəngsiz və qoxusuz olan kondisioner qazı otağa sızdığı zaman zəhərləyə və boğucu təsir göstərə bilər.

10 – Nəmişlik olan yerlərdə və yaxşı təmizlənməyən kondisionerlərdə artan “legionella pneumophilia” bakteriyası ağ ciyərlərdə sətəlcəmə yol açır.

KONDİSİONERDƏN  NECƏ  İSTİFADƏ  EDİLMƏLİDİR?

- Kondisionerin havası insanın bədəninə yaxın məsafədən vurmamalıdır.

- Həm sağlamlıq, həm də cihazın ömrünün uzadılması üçün filtrlər vaxtlı-vaxtında təmizlənməlidi.

- İstər ev, istərsə də iş şəraitində mühit yavaş-yavaş soyudulmalıdı.

- Otağın temperaturu 21-25 dərəcə arasında saxlanılmalıdı.

- Otaqdakı nəmlik 60-70 faiz arasında olmalıdı.

- Kondisionerin işləndiyi məkanlarda siqaret və nargilə kimi nikotin, tütün tərkibli maddələr qəbul edilməməlidi.

- Kondisionerin işləndiyi otaqların pəncərələri ara-sıra açılaraq havalandırılmalı, havanın qurumasının qarşısı alınmalıdı.

- Yatarkən kondisioner işləməməli və ya kondisionerin qarşısında yatmaq olmaz.

Nəticədə, kondisioner qızmar yay aylarında insanları cansıxıcı istlikdən xilas edir. Lakin istifadəsi asan olsa da kondisioner  yalnız düzgün işlədildikdə insanlara sağlam, rahat və yaşamaq üçün uyğun şərait yaradır. Əks halda sağlamlığa vurduğu zərərlərini bilərəkdən yaşamış oluruq.

Firuzə Alimova / TurpKimi.com

REKLAM