Köhnə yumurtanı necə seçmək olur?


Şəhərdə yaşayanlar kənd yumurtası axtarışındadırlar.  Bunu bilən bəzi işbazlar çox vaxt bayat, yəni köhnə yumurtları alıcılara sırıya bilirlər. 

kohne-yumurtani-nece-secmek-olur
23.07.2020 21:56 1 dəq oxuma

Bəs təzə yumurtanı necə seçmək olur?

TurpKimi.com  yumurtanın təzə olub-olmadığını anlaya bilmək üçün rahatlıqla tətbiq edə biləcəyiniz bir neçə testi təqdim edir:

Yumurtanın təzə olub olmadığını anlamaq üçün istifadə edilən üsullardan biri yumurtanın hava boşluğunu ölçməkdir. Yumurta köhnəldikcə içindəki hava boşluğu artır. Təzə yumurtalarda hava boşluğu 4 mm, bayat yumurtalardakı hava boşluğu isə 12 mm-dir. Yumurtanın hava boşluğunu görə bilmək üçün işığa tutmaq kifayətdir.

Yumurtanın ağırlığının ölçülməsi də köhnə olduğunu göstərir.   Yumurtalar köhnəldikcə  su itirdikləri üçün yüngülləşirlər.  Yumurtanın çəkisi 45 qramdan aşağı olarsa,  köhnə olmağından, yumurtanın bayatlığından şübhələnməliyik.  Belə bir yumurtanın bayat olub-olmadığından qəti əmin olmaq üçün yumurtanı sirkələmək  lazımdır. Əgər sirkələdikdə içindən səs gəlirsə, yumurtanın sarısı və ağı büzüşmüş və yumurta ciddi miqdarda su itirmiş, yəni bayatlamış deməkdir.

Bir başqa üsulda isə 1 litr suyun içərisinə təxminən 100 qram duz əlavə edirik.Yumurtaları duzlu suyun içinə atırıq.  Suyun üzərində üzən yumurta bayatdır. Bundan əlavə  təzə yumurtanı diqqətlə qırdıqda sarısı ortada parçalanmadan qalır. Ağı isə düz şəkildə ətrafına yayılar. Halbuki bayat yumurtanın sarısı asan dağılır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com