Övladlarınızın dişlərini bu qidalarla gücləndirin - Siyahı


Dişlərin sağlam formalaşması üçün ana bətnindən başlayaraq qidalanmağa fikir vermək lazımdır.

ovladlarinizin-dislerini-bu-qidalarla-guclendirin
16.07.2022 23:07 3 dəq oxuma

TurpKimi.com övladlarınızın dişlərini gücləndirən qidaları təqdim edir:
 
 Kərəviz

Kərəviz dişləri iki yolla qoruyur. Kərəviz çeynəmə tələb edən bir qidadır. Çeynərkən  tüpürcək ifraz edirik  və bu da  çürüməyə səbəb olan bakteriyaları zərərsizləşdirir. Bundan başqa lifli və ya sərt  təbii qidalar diş ətini masaj edir və diş aralarını təmizləyir.


 Pendir 

Pendirin dişlər üçün birdən çox faydası var. Öncə ağzın PH tarazlığını nizamlamağa kömək edir. Eyni zamanda çürümələrə qarşı qoruyub, yeni çürüklər əmələ gəlməsinin qarşısını alır. Xüsusilə şəkərli qidalar qəbul etdikdən sonra yeyilən bir dilim pendir şəkərin dişləri çürütmə təsirini aradan qaldırır. 
 
 Yaşıl çay
  
Yaşıl çayda olan katesin  maddəsi ağızda bakteriyaların məhv olmasına kömək edir.   Eyni zamanda da xərçəngə qarşı qoruyur.  Buna görə də ağız xərçənglərində yaşıl çay qalxan rolunu oynayır. Bu maddə eyni zamanda pis ağız qoxusuna səbəb olan bakteriyaları də ağızdan uzaqlaşdırır. 
 
 Kivi
  
Vitamin C əskikliyi diş ətini həssaslaşdırır,  bakteriyalara qarşı müqavimətini zəiflədir. Vitamin C əskikliyi periodontal problemlər yaradır. Bu vəziyyətlə qarşılamamaq üçün kifayət qədər C vitamini qəbul etməlisiniz və bunun üçün kivi seçə bilərsiz,  çünki kivi digər meyvələrə görə daha çox C vitamini ilə zəngindir.  
 
 Qatıq
  
Kalsium baxımından zəngin olan qatığın dişlərə olan faydaları saymaqla bitmir. Kalsium periodontal narahatlığı olan insanlardakı diş kökləri iltihabını azaldır. Kalsium diş çürüməsinin qarşısını almağa kömək edir. Əgər siz də diş sağlamlığınızı düşünürsünüzsə kalsium anbarı olan qidalara üstünlük verin.
 
 Cəfəri

Ağız qoxusuna səbəb olan yeməkləri istehlak etdikdən sonra bir az cəfəri çeynəmək xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır. 


  Çiyələk
 
Çiyələk dişlərə və diş ətinə yaxşı təsir göstərir. Eyni zamanda diş daşlarından təbii üsulla xilas olmaq formulunu daşıyır. Daxilində olan müxtəlif turşular dişin dərinliklərində yığılan daşları əridir. Diş daşlarının yaranmasını əngəlləyir.
 
Çərəzlər
 
Çərəzlər və dənələr dişi örtərək bakteriyalara qarşı qoruyucu  təbəqə yaradan  təbii yağlarla zəngindir. Bu yağlar diş minasının güclənməsinə kömək edərək çürümələrə qarşı daha dayanıqlı olmasını təmin edir və dənələri də kalsiumla zəngindir. 
 
 Alma

Alma qabıqlı yeyildikdə həm dişləri gücləndirir, həm də dişləri təmizləyir. Alma, yerkökü kimi meyvələri dişləyərək yeyilməsi tövsiyə edilir.
 
 Kişmiş

Şirin qida qəbul edildikdən sonra bakteriyalar diş minasını korlayan turşu ifraz edir və bu da zamanla dişlərin çürüməsinə səbəb olur.  Kişmiş də şirin və yapışqandır. Digər şirin qidalardan fərqli olaraq ağız içindəki bakteriyaların inkişafına mane olur. Bu səbəblə şirin qidaya ehtiyac duyduqda kişmişi düşünmədən seçə bilərsiz.  
 
 Alabalıq balığı
  
Alabalıq balığı və skrumbiya kimi yağlı balıqlar diş və diş ətini qorumağı təmin edən və kalsium baxımından zəngin qidadır. Alabalıq balığında olan D vitamini ağız sağlamlığı üçün çox əhəmiyyətlidir. Xüsusilə uşaqlarda diş inkişafına yardımçı olan qidalardan biridir. 
 
Portağal (C Vitamini)
 
Portağal və digər meyvələr bağ toxumasını qüvvətləndirərək diş və diş ətlərinin sağlam qalmasında böyük rol oynayır. Narıncıkimilər  diş və diş əti iltihabının da qarşısını alacaqdır. Portağalda yüksək nisbətdə olan  ftor maddəsi dişin sərt qatındakı quruluşu möhkəmləndirir və dişləri  bəsləyir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunma tarixi: 14-03-2021