REKLAM

İsti suya duz töküb qarqara etsəniz - bu infeksiyanın qarşısını alır


Sizi yaz-payız fəslinə məxsus infeksiyalara yaxın edən səbəblər

news
REKLAM

Hava dəyişkənliyi, isinib soyuyan havalar yazda və payızda soyuqdəymə kimi insanı narahat edən bəzi xəstəliklərə zəmin yaradır. Elə ki soyuqdəymə baş verdi, dərhal dərmanlara üz tuturuq. Lakin soyuqdəymənin göstəricilərini daha rahat yox etmək üçün təcrübədən keçirilmiş üsullar var.

TurpKimi.com həmin üsulları təqdim edir:

1 – Bol su için

İstər limonlu çay və ya isti su, istərsə də şorba olsun, həmin vaxtlarda isti maye qəbulu bədəndən suyun itirilməsinin qarşısını alır. Suyun itirilməsinə səbəb olan duzlu qidalar, qəhvə və şirin içkilərdən uzaq durmaq lazımdır.

2 – Duzlu su ilə qarqara edin

Bir stəkan isti suya 1 çay qaşığı duz qarışdırıb həmin duzlu su ilə qarqara edin. Duzlu su boğaz ağrısını və şişkinliyi azaltmağa kömək edir. Həmçinin həmin qarışıma bir qədər yod da qarışdırmaq olar.

3 – Havanı nəmləndirin

Soyuq hava nəmliyi isti havadan daha az saxlayır. Quruyan burun dəlikləri isə viruslara daha yaxındır və əgər insan xəstədirsə, quru hava boğaz ağrısını daha da pisləşdirir. Bu zaman havanı nəmləndirən vasitələrdən istifadə edə bilərsiniz. Belə bir vasitəniz yoxdursa, istilik verən vasitənin yanına kasada su qoyun. Su buxarlandıqca otağı yavaş-yavaş nəmləndirəcək.

4 – Dincəlin

Dincəlmək, bədənin immun sisteminin gücünü yenidən toplama zamanıdır. Bunu etməyin ən gözəl yolu yatmaqdır. 2-3 gün ərzində gecələr 8-10 saat yatmağa çalışın ki, bədənin gücü bərpa olunsun.

5 – Bunlardan uzaq durun

Antibiotiklər: virusları deyil, bakterial infeksiyaları müalicə etmək üçün hazırlanmışdır.

6 – C vitamini

Soyuqdəymənin ilkin göstəriciləri zamanı bir çox insan C vitamini qəbul etməyə başlayır. Lakin C vitamininin soyuqdəymə zamanı viruslar üzərindəki təsiri çox azdır. Bəzi araşdırmalar davamlı C vitamini qəbul etdikdə soyuqdəymə kimi xəstəliklərin göstəricilərini azaltmağa kömək edəcəyini irəli sürsə də, artıq xəstəlik baş verəndən sonra vitamin təsir etməz.

7 – Siqaret çəkmək

Tütün məmulatlarından istifadə etmək və tüstüsünə məruz qalmaq burunu, boğazı və ağciyəri daha da qıcıqlandırır.

Qeyd edək ki, qapalı məkanlarda çox vaxt keçirmək, günəş şüalarından az yararlanmaq, pis hava şəraitində işləmək infeksiyanın inkişafına və sürətlə yayılmasına münbit şərait yaradır. Bu kimi hallarda uşaqların infeksiyalara yaxalanma riski böyüklərlə müqayisədə daha çoxdur.

Firuzə Alimova / TurpKimi.com

REKLAM