Göbək yağlarından xilas olmaq bu qədər asan olmamışdı


Göbək ətrafını əridən kür: Mineral su, ayran, limon

gobek-yaglarindan-xilas-olmaq-bu-qeder-asan-olmamisdi
14.07.2023 23:00 2 dəq oxuma

TurpKimi.com  yaya daha fit və sağlam girmək istəyənlər üçün göbək ətrafını əridən kürü sizlərlə bölüşür. 

Mineral su -ayran və limon kürü ilə göbək ətrafınızdakı yağlardan və arzuolunmaz kilolardan yaxa qurtara bilərsiniz. Bəs bu kür necə hazırlanır, həqiqətən təsirlidirmi?
 
Çimərlik paltarını rahat, çəkilərinizdən utanmadan geyinmək istəyirsinizsə bu kürü tətbiq etməlisiniz. Hazırlanmasınada istifadə edilən ərzaqlar gündəlik qida rasionumuza da daxildir. Soda- ayran-limon kürü təsirini çox qısa müddətdə göstərir. 2 həftə ərzində nizamlı şəkildə istifadə etdiyiniz təqdirdə ata bilmədiyiniz kilolardan və göbək yağlarından xilas olmağınız mümkündür. Bu qarışıq həm də  metabolizmanın sürətlənməsinə də kömək olur. 

Lazım olanlar:
 
 3 yemək qaşığı yarım yağlı qatıq
 1 şüşə mineral su
 1/2 limonun suyu
 
 Qarışıq necə hazırlanır?
 
 Yarım limonun suyunu qatığın üzərinə əlavə edin. Sonra yavaş şəkildə mineral suyu qarışığa əlavə edin və ayran hazırlayın.  Mineral suyu asta-asta əlavə etməklə hədsiz dərəcədə köpüklənib daşmasını önləyəcəksiz.  

 Mineral su-ayran-limon kürünün tətbiqi:
 
 Hazırladığınız kürü yeməkdən və gecə yatmazdan yarım saat əvvəl için. Bu kürlə bərabər  pəhriz proqramı və ya nizamlı idman etsəniz təsirini daha sürətli görəcəksiniz. Müntəzəm olaraq içdikdə isə  göbək yağlarınızın əriməsinə kömək edəcək. 
 
 Mineral su-ayran -limon kürünün digər faydaları
 
 Mineral su mineral anbarıdır və həzmi asanlaşdırdığı kimi metabolizmanın sürətlənməsinə dəstək olur. Beləliklə də tez bir zamanda artıq çəkilərinizdən xilas olursuz. 
 
 Qatıq isə doyurucudur və  uzun müddət insanı tox tutur. 
 
 Limon ecazkar bir enerji mənbəyi olduğundan orqanizmin müxtəlif hissələrində toplanmış yağların
 parçalanmasına kömək edəcək. Eyni zamanda piylənmənin qarşısını alacaq və yağların əriməsinə kömək edəcək.

 
 

Mineral su-ayran-limon kürü həqiqətən təsirlidirmi?

Bu qarışıq həzm sisteminizin yaxşılaşması baxımından böyük əhəmiyyət kəsb edir. Limon və mineral su, metabolizmanı sürətləndirməklə bərabər  immunitet sisteminizin möhkəmlənməsində olduqca təsirlidir. Kilo vermə baxımından son dərəcə faydalı olan bu üçlüyün vəhdəti ilə göbək yağlarından asanlıqla xilas ola bilərsiz. Bu kürlə bərabər mütləq nizamlı qidalanmalı və idmanla məşğul olmalısınız.  Şəkər, təzyiq, insulin müqaviməti kimi daim təkrar edən  xəstəliyiniz varsa, kürə başlamazdan əvvəl mütləq həkiminizə müraciət etməyi unutmayın.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

21-04-2021