REKLAM

Qaraciyərinizin zəhərləndiyini göstərən əlamətlər - DİQQƏT!


Qaraciyər bədənimizin ən çalışqan orqanlarından biridir. Qaraciyər vücudumuzu toksinlərdən təmizləyir. 

news
REKLAM

Bizim üçün bu qədər əhəmiyyətli olan bir orqana yaxşı baxmalıyıq. 

TurpKimi.com xəbər verir ki, gündəlik həyatınızda tez-tez  qarşılaşdığınız bəzi hallar qaraciyərinizin toksinlərlə dolu olduğunu göstərə bilər.  

Qaraciyərin orqanizmdə rolu

Qaraciyər yediklərinizi bədəninizin istifadə edə biləcəyi qidalar halına gətirir, qan laxtalandırıcı faktorları, fermentləri və digər zülalları istehsal edir. Dəmir, vitamin və enerji mənbəyidir, bədəninizə zərərli ola biləcək dərman və spirt kimi toksik maddələri təmizləyir. 

Əgər diqqətli olsanız qaraciyərin toksinlə dolu olduğunu  vücudunuzun verdiyi bəzi işarələrdən anlaya bilərsiz.

Qaraciyərin olduğu hissədə ağrı

Qarınınızın sağ üst hissəsində ağrı hiss edirsinizsə, deməli sizin üçün vacib olan orqan zəhərlə doludur.   

Ayaq  və ayaq biləyində meydana gələn şişmə


 

Problemi görməməzlikdən gəldiyinizdə, yazıq qaraciyər özünü qorumaq üçün xüsusi toxuma yaradır və bu da onun işini çətinləşdirir.  Təzyiq problemləri baş qaldırır və  ayaqlarda şişkinlik  meydana gəlir. Yaxşı xəbər isə şişin ağrısız meydana gəlməsidir. Şiş hər iki qılçalara və baldırlara təsir edir. 

Çəkidə artım
Hormonla əlaqəsi olmayan kökəlmə varsa, qaraciyəriniz yüklənib deməkdir. 

Qaraciyər gələn bütün toksinlərlə (spirt, süni dadlandırıcılar, yüksək yağlı diyet, bəzi dərmanlar və s.) bacara bilmir. Belə vəziyyətdə qaraciyərin edə bildiyi tək şey süzülməmiş toksinləri yağ hüceyrələrində yığmaqdır. Bu hal yarandıqda qaraciyər yağlanır və kökəlmənizə səbəb olur. 

Gözdə saralma

Bir insanın gözləri və ya dərisi saralmağa başladığında, elm bu vəziyyəti sarılıq kimi adlandırır. Sarılıq çox vaxt xəstəlik deyil, bədəninizdə meydana gələn disfunksiyallıqdır. Normalda sarılıq xəstəliyi qaraciyər sistemi çox miqdarda biliribin yığdığında yaranır.   Qaraciyərdəki ölü qırmızı qan hüceyrələrinin parçalanmasıyla bədəninizdə saralmalar meydana gəlir.

Xroniki yorğunluq

Xroniki yorğunluq sindromu uzun müddətli davam edən qrip kimi xəstəliklərə bənzəyər. Xroniki yorğunluq diaqnozu qoyulmadan əvvəl əlamətləri ən az 6 ay  müşahidə altında tutulmalıdır.  Bunun arxasındakı səbəb isə qaraciyərin zəhərlənməsidir.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

 

REKLAM