Bunları yeyən siqareti tullayır - Nikotindən iyrəndirən qidalar


Nikotini orqanizmdən təmizləyən və siqaretdən uzaqlaşdıran 7 vasitə.

bunlari-yeyen-siqareti-tullayir
15.04.2024 12:11 2 dəq oxuma

Siqaret çəkənlər onu buraxmaq üçün min cür yola əl atsalar da, bunun çətin olduğu hər kəs tərəfindən qəbul edilir. Mütəxəssislər siqareti atmaq üçün bir çox üsul sadalayır, ancaq tərgitməyin təməli əslində beyindədir. Bəzi qidalar isə siqareti tərgitməyə kömək edərək, bu zərərli vərdişdən uzaq durmağa təsir edir. Bəs siqareti tullamaq üçün təsirli olan qidalar hansılardır?

TurpKimi.com siqareti tərgitməyə kömək edən qidaları təqdim edir:

1 – BANAN – həm siqareti tərgitməyə, həm də siqaretin orqanizmdəki təsirlərini yox etməyə kömək edir.

2 – POMİDOR SUYU – Pomidor suyu və siqaret beyinin eyni bölgəsinə siqnal ötürür. Ona görə də siqareti tərgitdiyiniz ilk 1 ay ərzində bir stəkan pomidor suyu içərək orqanizminizi rahatlada bilərsiniz.

3 – YULAF YARMASI – Aparılan bir araşdırmaya görə, 20 gün ərzində 2 yemək qaşığı yulaf yarması yemək orqanizmin nikotinə olan asılılığını azaldır.

4 – SÜD – Gündə bir stəkan süd içməklə özünüzü siqaretdən soyutmaq sizin əlinizdədir. Çünki süd içdikdən sonra çəkilən siqaretin tamı pis olur və istənilən dadı vermir.

5 – BADIMCAN – Ürəyiniz siqaret çəkmək istəsə və nikotinə ehtiyac duysa, badımcan yeyərək tərkibindəki nikotinlə özünüzü rahatlada bilərsiniz.

6 – ZƏNCƏFİL – Çox qüvvəli antioksidant tərbikə malik zəncəfilli çay toksinlərin bədəndən atılmasında yardım edir, həm də siqaret çəkmək istəyini azaldır.

7 – SU – Siqareti tərgidən zaman bol-bol su içmək həm siqaret çəkmək istəyinizi aladacaq, həm də toksinlərin bədəndən atılmasını sürətləndirəcək.

Bəzən insanlar siqareti tərgitmək istəyərkən, mənfi vərdişlərə əl atırlar. Onlar atışdırmalıqlarla – şirniyyat, şokolad, çips, günəbaxan tumu kimi yüksək kolorili qidalarla siqaretin yerini tutmağa çalışırlar. Bu isə kökəlməyə səbəb olur. Bunların yerinə saqqız çeynəyə, xiyar, təzə və quru meyvələr, kalorisi aşağı olan atışdırmalıqlar yeyə bilərlər. Xüsusilə də kivi və kök suyu içməklə nikotini orqanizmdən atmaq olar.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 24.07.2019